Avrokomissiya İtaliyaya 16,5 milyard avro yardım paketi ayırıb
Roma, 28 dekabr, AZƏRTAC
Avropa Komissiyası İtaliyaya 16,5 milyard avroluq dördüncü yardım paketi ayırıb.
AZƏRTAC xəbər verir ki, İtaliya Nazirlər Şurası ayrılan vəsaitin Avropa İttifaqı tərəfindən müəyyən edilmiş 28 məqsəd və hədəf çərçivəsində əldə olunmuş nailiyyətlərin nəticəsi olduğunu açıqlayıb.
Bildirilir ki, bu məqsəd və hədəflər ədliyyə və dövlət idarəçiliyi sahəsində islahatların həyata keçirilməsinin davam etdirilməsi üçün zəruri tədbirləri, həmçinin sosial inklüzivlik və dövlət satınalmaları sahələrində mühüm islahatları əhatə edir. Vəsait rəqəmsallaşma, xüsusən də yerli dövlət idarəetmə məlumatlarının bulud sisteminə keçidə, kosmik sənayenin inkişafına, yaşıl hidrogen, nəqliyyat, tədqiqat, təhsil və sosial siyasətlə bağlı layihələrə sərf olunacaq.
Xatırladaq ki, Avrokomissiya bu vaxtadək İtaliyaya təxminən 102 milyard avro vəsait ayırıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [12:57]
“Samsung” rüblük əməliyyat gəlirlərindəki rekordunu yeniləyib
- 08.10.2026 [12:22]
Fransa: Marin Lö Penin 140 milyard avroluq qənaət planı tənqid olunub
- 08.10.2026 [12:04]
Pakistanda 9 terrorçu zərərsizləşdirilib
- 08.10.2026 [11:48]