Avropa çempionatında iştirak edəcək cüdoçularla görüş keçirilib
Bakı, 15 noyabr, AZƏRTAC
Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov Çex Respublikasının Praqa şəhərində start götürəcək Avropa çempionatı ərəfəsində milli komanda üzvləri ilə görüşüb.
Federasiyadan ÂZƏRTAC-a verilən məlumata görə, əvvəlcə kişilərdən ibarət yığmanın baş məşqçisi Ruslan Maşurenko və onun qadın millisindəki həmkarı Rəşad Məmmədov nüfuzlu yarışa hazırlıq barədə məlumat veriblər. Onlar son iki həftədə cüdoçularımızın Budapeştdə təşkil edilən "Böyük dəbilqə" yarışında və U-23 Avropa birinciliyində medallar qazandıqlarını diqqətə çatdırıblar. Hər iki mütəxəssis, millimizin üzvlərinin qitə çempionatında da layiqli nəticələr göstərmək üçün əllərindən gələni edəcəklərini vurğulayıblar.
Sadıq Sadıqov dövlət səviyyəsində idmana, o cümlədən, cüdoya göstərilən qayğını xüsusi vurğulayıb. O, federasiya rəhbərliyi adından cüdoçulara Avropa çempionatında uğurlar arzulayıb.
Qeyd edək ki, cüdo üzrə qitə çempionatı noyabrın 19-dan 21-dək keçiriləcək. Olimpiada ilində son Avropa çempionatında qitənin güclü cüdoçuları mübarizə aparacaqlar. Azərbaycanı bu nüfuzlu yarışda 14 cüdoçu (9 kişi, 5 qadın) təmsil edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:34]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]
Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək
- 30.09.2026 [17:00]
Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq
- 30.09.2026 [15:54]