Avropa çempionatının rəmzi komandası açıqlanıb
Bakı, 15 iyul, AZƏRTAC
“WhoScored” statistika saytı Almaniyanın ev sahibliyi etdiyi futbol üzrə Avropa çempionatının rəmzi komandasını tərtib edib.
AZƏRTAC xəbər verir ki, 4-4-2 taktiki sxeminə uyğun olaraq hazırlanan “11-lik”də turnirin ən yaxşı futbolçularının adları yer alıb.
Qapıçı: Giorgi Mamardaşvili (Gürcüstan)
Müdafiəçilər: Yozua Kimmix (Almaniya), Yaka Biyol (Sloveniya), Pepe, Nunu Mendeş (hər ikisi Portuqaliya)
Yarımmüdafiəçilər: Lamin Yamal, Dani Olmo, Fabian Ruis (hamısı İspaniya), Kodi Qakpo (Niderland)
Hücumçular: Kay Haverts (Almaniya), Killian Mbappe (Fransa).
Qeyd edək ki, “Avro-2024”ün qalibi finalda İngiltərə millisini 2:1 hesabı ilə məğlub edən İspaniya yığması olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]