İDMAN
AVROPA ÇEMPİONUNU HƏRARƏTLƏ QARŞILAMIŞLAR
AZƏRTAC xəbər verir ki, Albaniyada yeniyetmələr arasında boks üzrə keçirilmiş Avropa çempionatından Vətənə qızıl medalla qayıdan Sədi Əliyevi Gəncədə hərarətlə qarşılamışlar. Nizami Gəncəvinin məqbərəsi qarşısına toplaşan şəhər ictimaiyyəti nümayəndələri onu böyük qələbə münasibətilə təbrik etmişlər. Yeniyetmə boksçu ona verilmiş gül dəstələrini məqbərənin önünə qoymuş, müstəqil Azərbaycanın idman şərəfini bundan sonra da uca tutacağına söz vermişdir. Axırda Avropa çempionu onu qarşılamağa gələnlərlə xatirə şəkli çəkdirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [15:11]
Bakı güləş üzrə Avropa çempionatına ev sahibliyi edəcək
- 03.05.2024 [15:07]
Paytaxtın abad məhəllələrində minifutbol yarışları başa çatıb
- 03.05.2024 [15:00]
Azərbaycan avarçəkənləri "Prezident Kuboku"nu 9 medalla başa vurublar
- 03.05.2024 [13:57]
Əli Hüseynli: Dövlətimiz idman sahəsində gənclərə böyük dəstək verir
- 03.05.2024 [12:23]