Avropa İttifaqı yeraltı anbarlardan 15,5 milyard kubmetr qaz götürüb
Bakı, 25 dekabr, AZƏRTAC
Avropa İttifaqı ölkələri noyabrın 7-də başlayan isitmə mövsümünün əvvəlindən bəri yeraltı anbarlardan 15,4 milyard kubmetrdən çox qaz götürüb.
AZƏRTAC “Gas Infrastructure Europe” assosiasiyasına istinadla xəbər verir ki, dekabr ayında Avropa İttifaqına maye qaz tədarükü öncəki ayla müqayisədə azalıb. Dekabrın 23-də yeraltı anbarlardan 249 milyon kubmetr qaz çıxarıb və anbarlara 99 milyon kubmetr qaz vurulub. Hazırda Avropanın qaz anbarlarının 87,08 faizi (95,97 milyard kubmetr) doludur.
Avropa birjasında qazın min kubmetrinin qiyməti 390 dollardan aşağı düşüb. Eyni zamanda, külək generasiyası müşahidələr dövrü ərzində maksimum səviyyəyə - 22 faizə yüksəlib.
Sinoptiklərin məlumatına görə, Milad həftəsində Mərkəzi və Qərbi Avropada havalar nisbətən isti keçəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [16:50]
Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib
- 08.06.2026 [16:36]
Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir
- 08.06.2026 [16:14]
Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib
- 08.06.2026 [16:02]
İraq hava məkanını uçuşlar üçün yenidən açıb
- 08.06.2026 [16:00]
Papa XIV Leo: Dünya dərin mənəvi və mədəni böhran yaşayır
- 08.06.2026 [15:58]