Avropa İttifaqına qanunsuz miqrant axını 20 faiz azalıb
Berlin, 11 iyul, AZƏRTAC
Bu ilin ilk altı ayında Avropa İttifaqına (Aİ) qanunsuz miqrasiyanın sayı ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz azalıb. Ən kəskin azalmalar Qərbi Balkan marşrutunda (-53 faiz), şərq sərhədlərində (-50 faiz) və Qərbi Afrika marşrutunda (-41 faiz) müşahidə olunub.
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının (Aİ) Sərhəd Mühafizəsi Agentliyinin (Frontex) məlumatında əsasən, Aİ məkanına qeyri-qanuni daxil olmaq cəhdləri ən çox Mərkəzi Aralıq dənizi marşrutu üzərindən edilib. Bütün qeyri-qanuni sərhəd keçidlərinin 39 faizi bu marşrutun payına düşür. 2025-ci ilin ilk altı ayında bu marşrut üzrə keçidlərin sayı 2024-cü ilin ilk yarısı ilə müqayisədə 12 faiz artıb. Sərhədlərdən qanunsuz yollarla keçənlər arasında ilk sırada Banqladeş, Misir və Əfqanıstan vətəndaşları yer alıblar.
Böyük Britaniyaya qeyri-qanuni keçidlərin sayı isə nəzərəçarpacaq dərəcədə - 23 faiz artaraq 33 mini ötüb.
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:47]
Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib
- 10.06.2026 [15:39]
Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub
- 10.06.2026 [15:09]
İsraildə xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradılıb
- 10.06.2026 [14:57]
Bərpaolunan dəniz energetikası Çini enerji ilə təmin edir
- 10.06.2026 [14:48]