Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avropa Komissiyası ilə strateji əməkdaşlıq Azərbaycanın güclü mövqeyini bir daha nümayiş etdirir RƏY

Avropa Komissiyası ilə strateji əməkdaşlıq Azərbaycanın güclü mövqeyini bir daha nümayiş etdirir  RƏY

Bakı, 3 iyul, AZƏRTAC

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü bir sıra mühüm məqamlarla yadda qaldı. Bu səfər, ilk növbədə, bəzi Avropa institutlarında Azərbaycana qarşı qərəzli mövqelərin müşahidə olunduğu bir dövrə təsadüf etməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Səfər bir daha göstərdi ki, Azərbaycan əməkdaşlıq platformalarına hər zaman açıqdır. Lakin bu əməkdaşlıq qarşılıqlı hörmət, bərabər tərəfdaşlıq və ədalətli münasibət prinsipləri əsasında qurulmalıdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri, siyasi şərhçi Cəsarət Hüseynzadə deyib.

O bildirib ki, bu baxımdan Avropa Komissiyası ilə strateji əməkdaşlıq Azərbaycanın güclü mövqeyini bir daha nümayiş etdirir. Çünki Avropa Komissiyası Avropa İttifaqının 27 üzv dövlətini təmsil edən mühüm institusional qurumlardan biridir. Bu qurumun yanaşması ayrı-ayrı lobbi qruplarının maraqlarını müdafiə edən bəzi parlamentarilərin subyektiv mövqelərindən fərqli olaraq, daha geniş və institusional əməkdaşlıq çərçivəsini əks etdirir.

“Şübhəsiz ki, münasibətlərin və əməkdaşlığın real göstəricisi rəqəmlərdə öz əksini tapır. 2022-ci ildə Avropa İttifaqı Rusiya qazı ilə bağlı çətin vəziyyətlə üzləşəndə Azərbaycana müraciət etdi. Bakı isə həmin dövrdən bu günədək Aİ-yə qaz ixracını 65 faiz artırıb. Daha dəqiq desək, bu gün Azərbaycanın qaz ixracının yarısı Avropa İttifaqına üzv ölkələrin payına düşür və ümumilikdə Aİ-nin 10 ölkəsi Azərbaycan qazının alıcısıdır. Bundan əlavə, Avropa İttifaqının Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 70 faizi Azərbaycanın payına düşür. Bu faktlar Azərbaycanın regionda etibarlı tərəfdaş və mühüm iqtisadi aktor kimi mövqeyini bir daha təsdiqləyir”, - deyə siyasi şərhçi vurğulayıb.

O qeyd edib ki, Azərbaycan üçün prioritet istiqamətlər çoxşaxəlidir. Yaşıl enerji, neft-qaz ixracı, Mərkəzi Asiya ilə Avropa arasında körpü rolunun gücləndirilməsi və regional nəqliyyat dəhlizlərinin inkişafı bu prioritetlər sırasında xüsusi yer tutur. Bu baxımdan, Ursula Fon der Lyayenin səfəri Azərbaycanın artan geosiyasi və iqtisadi əhəmiyyətini bir daha nümayiş etdirdi. Səfərin əsas xüsusiyyətlərindən biri də davamlı sülhün iqtisadi əməkdaşlıqla daha da möhkəmləndirilməsi mesajı oldu. Əslində, iqtisadi münasibətlərin genişlənməsi regionda yeni siyasi arxitekturanın formalaşması deməkdir. Azərbaycan bu istiqamətin strateji xəritəsini hələ illər əvvəl müəyyən edib və ardıcıl şəkildə həyata keçirib.

“İndi əsas məsələ ondan ibarətdir ki, sabit sülh siyasi razılaşmalarla yanaşı, həm də qarşılıqlı etimad mühitinin inkişafı və iqtisadi əlaqələrin dərinləşməsi ilə möhkəmlənməlidir. Bu kontekstdə Avropa İttifaqının “Global Gateway” sərmayə proqramı çərçivəsində Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal bağlantılara 200 milyon avroya qədər qrant ayırmaq niyyəti diqqətəlayiqdir. Bu layihələr sırasında Naxçıvandan keçən dəmir yolu bağlantısı və Bakı Limanının inkişafı kimi istiqamətlər də xüsusi qeyd olunur. Digər vacib məqam isə 20 milyon avro dəyərində sülhü təşviq edən proqramla bağlıdır. Bu proqramın yerli icmaların inkişafı, minatəmizləmə, səhiyyə, bacarıqların artırılması və yerli biznesin dəstəklənməsi kimi sahələrə yönəlməsi mümkündür.

Əlbəttə, Azərbaycan maliyyə məsələlərində hər zaman həssas və praqmatik yanaşma nümayiş etdirir. Hesab edirəm ki, bu rəqəmlər, əslində, Avropanın regiona və xüsusilə Azərbaycana artan marağını göstərir. Ursula Fon der Lyayenin də vurğuladığı kimi, Azərbaycan öz strateji coğrafi mövqeyini artan iqtisadi, siyasi və regional nüfuzu ilə düşünülmüş şəkildə birləşdirir. Bu isə ölkəmizin həm Cənubi Qafqazda, həm də daha geniş Avrasiya məkanında əsas tərəfdaşlardan birinə çevrildiyini bir daha təsdiqləyir”, - deyə Cəsarət Hüseynzadə əlavə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las Veqas-da keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır

Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adının verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib

BMT-nin Baş katibi ABŞ-İran müharibəsinə və onun qlobal ticarətə vurduğu zərərə son qoymağa çağırıb

Kimya İnstitutunda alternativ enerji və yaşıl kimya istiqamətində tədqiqatlar aparılır

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir

Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…

İqtisadi Zonaların İnkişafı Agentliyi Adana Hacı Sabancı Organize Sənaye Zonası ilə memorandum imzalayıb

Azərbaycan Kubokunda yeni mövsümə start verilir

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb

Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peylki orbitə göndərib

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında tatamiyə çıxır

Bakıda “PostEurop” Baş Assambleyası və Biznes Forumu işə başlayıb

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb YENİLƏNƏCƏK

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib