Avropa Liqası: “Qalatasaray” bu gün Çexiya klubu ilə qarşılaşacaq
Bakı, 15 fevral, AZƏRTAC
Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsi start götürəcək.
AZƏRTAC xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma keçiriləcək.
Türkiyənin turnirdəki yeganə təmsilçisi olan “Qalatasaray” doğma meydanda Çexiyanın “Sparta” (Praqa) klubunu qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
Bu qarşılaşma ilə paralel olaraq, “Feyenoord” (Niderland) - “Roma” (İtaliya), “Şaxtyor” (Donetsk, Ukrayna) - “Marsel” (Fransa) və “Yanq Boyz” (İsveçrə) - “Sportinq” (Portuqaliya) görüşləri keçiriləcək.
Bakı vaxtı ilə saat 00:00-da başlayacaq oyunlarda isə İtaliya “Milan”ı Fransanın “Renn” klubunu, Portuqaliya təmsilçilərindən “Benfika” Fransa “Tuluza”sını, “Braqa” “Qarabağ”ı, Fransa “Lans”ı isə Almaniya “Frayburq”unu sınağa çəkəcək.
Qeyd edək ki, cavab qarşılaşmaları fevralın 22-də reallaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]
“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb
- 08.10.2026 [14:05]
“Arsenal”ın futbolçusu 3 göstərici üzrə Ginnesin Rekordlar Kitabına düşüb
- 08.10.2026 [13:14]
Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO
- 08.10.2026 [12:28]