Avropa Liqası: “Qarabağ”–FKSB oyununun hakimləri açıqlanıb
Bakı, 21 yanvar, AZƏRTAC
UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ” ilə Rumıniyanın FKSB komandası arasında keçiriləcək VII tur oyununa təyinatlar açıqlanıb.
AZƏRTAC UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı Slovakiyadan olan hakimlər briqadası idarə edəcək.
Matçda ədaləti Filip Qlova qoruyacaq. Ona yan xətt hakimləri Daniel Polas və Peter Bednar kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Lukaş Dzivjak yerinə yetirəcək.
VAR-da Mixal Oçenaş, onun köməkçisi isə Martin Dohal olacaq.
Qeyd edək ki, yanvarın 23-də Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq “Qarabağ”–FKSB görüşü saat 21:45-də başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [16:35]
“Beşiktaş”ın yeni baş məşqçisi məlum olub
- 05.06.2026 [16:16]
Azərbaycanın U-17 millisinin heyətində dəyişiklik edilib
- 05.06.2026 [15:21]
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb
- 05.06.2026 [15:04]
Bakıda aerobika və akrobatika gimnastikası üzrə Dünya Kuboku start götürüb
- 05.06.2026 [14:57]
Toral Bayramov “Bursaspor”a keçidinin səbəbini açıqlayıb
- 05.06.2026 [14:45]
Veteran qapıçı: Minifutbol millisindəki uğurların əsas açarı baş məşqçidir
- 05.06.2026 [14:11]