Avropa Voleybol Konfederasiyasının rəsmiləri Bakıda qitə çempionatının hazırlıq işləri ilə tanış olublar
Bakı, 26 fevral, AZƏRTAC
Avropa Voleybol Konfederasiyasının (CEV) rəsmiləri Bakıya səfər ediblər.
Voleybol Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Avro-2026 üzrə təşkilat komitəsinin nümayəndələri və yayım hüququna malik CEV-in tərəfdaşı olan İnfort şirkətinin əməkdaşları Azərbaycanda keçiriləcək qadın voleybolçular arasında Avropa çempionatının hazırlıq işləri ilə tanış olublar.
Səfər çərçivəsində qarşılaşmaların təşkil olunacağı Milli Gimnastika Arenasına və voleybolçuların yerləşdiriləcəyi otellərə baxış keçirilib, həmçinin bir sıra digər təşkilati məsələlər müzakirə olunub.
Qeyd edək ki, qitə birinciliyinin dörd qrupundan biri 2026-cı ildə avqustun 21-dən sentyabrın 6-na kimi Azərbaycanda baş tutacaq. Avropa çempionatında ümumilikdə qitənin 24 ən yaxşı komandası dörd qrupda mübarizə aparacaq. Digər qruplara Çexiya, İsveç və Türkiyə ev sahibliyi edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]
Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür
- 30.09.2026 [09:55]
® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır
- 30.09.2026 [09:34]