Avropada yeni dəmir yolu istiqaməti açılır
Praqa, 7 aprel, AZƏRTAC
Çexiya, AFR, Belçika və Niderlandın paytaxtları arasında yeni gecə qatarı bu ilin sonunda ilk reysə yola düşəcək.
AZƏRTAC xəbər verir ki, yeni istiqamətin operatoru iki ölkənin nəqliyyat şirkətləri - "RegioJet” (Çexiya) və “European Sleeper” (Niderland) olacaq. Praqadan axşam vaxtı yola düşəcək qatar ertəsi gün səhər Brüsseldə olacaq və elə həmin gün axşam geriyə, Çexiyaya yola düşəcək.
Gecə qatarları xüsusən ezamiyyətdə olan insanlar üçün çox münasibdir, çünki bu hesaba oteldə bir gecə az qalmaqla xərclərə qənaət etmək olar. Buna görə də nəzərdə tutulur ki, yeni istiqamətdən ən çox istifadə edən işgüzar səfərdə olanlar və Avropa İttifaqının müxtəlif qurumlarının işçiləri olacaq.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:58]
İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]