AVSTRALİYA 2018-Cİ İLDƏ FUTBOL ÜZRƏ DÜNYA ÇEMPİONATINI QƏBUL ETMƏK İSTƏYİR
AZƏRTAC xəbər verir ki, Avstraliya 2018-ci ildə ölkədə futbol üzrə Dünya çempionatının keçirilməsi üçün rəsmi ərizə vermək niyyətindədir. Bunu ölkənin baş naziri Kevin Radd bildirmişdir.
O demişdir ki, yarışların keçirilməsi planlaşdırılan şəhərlərin merləri ilə bu istiqamətdə görüləcək tədbirləri razılaşdırmaq məqsədi ilə artıq bir sıra görüşlər nəzərdə tutulur. Radd ümidvar olduğunu bildirmişdir ki, beşinci qitə futbol yarışlarının keçirilməsi üçün ideal yer olacaqdır.
Hökumət başçısı demişdir: “Hazırda bizdə idmanın bu növü yüksəlişdədir. Futbol avstraliyalıların ürəklərini getdikcə daha çox fəth edir və ənənəvi reqbi və ya kriketdən heç də daha az populyar deyildir”.
Gözlənildiyinə görə, İngiltərə, Yaponiya, Rusiya, İspaniya, Portuqaliya və Niderland kimi “futbol” dövlətləri 2018-ci il Dünya çempionatını keçirmək hüququ uğrunda mübarizədə Avstraliyanın rəqibləri olacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [12:28]
Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]