Avstraliya ABŞ istehsalı olan “HIMARS” reaktiv artilleriya sistemlərini əldə edəcək
Tokio, 10 yanvar, AZƏRTAC
Avstraliya hökuməti silahlı qüvvələrin inkişafı məqsədilə ABŞ istehsalı olan “HIMARS” yüksək mobilliyə malik raket-artilleriya sistemlərinin əldə edilməsi barədə qərar qəbul edib.
AZƏRTAC Avstraliya KİV-ə istinadla xəbər verir ki, məqsəd son vaxtlar Hind-Sakit okean regionunda artan gərginliklə əlaqədar Avstraliyanın materik hissəsinin müdafiəsini gücləndirməkdir. Bildirilir ki, hökumət “HIMARS” sistemlərinin 2026-2027-ci illərdə əldə edilməsi planı ilə yanaşı, 2024-cü ildə hərbi dəniz qüvvələrinin Norveç istehsalı olan zərbə raketləri ilə təchiz olunacağını da elan edib.
Qeyd edilir ki, hazırda uçuş məsafəsi 300 kilometr təşkil edən “HIMARS” sistemlərinin daha uzaq hədəfləri vurması üçün ABŞ ilə birgə işlər davam etdiriləcək. Bununla yanaşı, ABŞ istehsalı olan B21 bombardmançı təyyarələrinin əldə ediləcəyi də bildirilir.
Hərbi gücünü artırmağa çalışan Avstraliyanın ABŞ və Böyük Britaniya ilə birlikdə öz atom sualtı qayıqlar donanmasında “Aukus” təhlükəsizlik sistemlərini yerləşdirəcəyi qeyd edilir. Tərəflər arasında Avstraliyanın şimalında yerləşən Tindall aviabazasında ABŞ B-52 strateji bombardmançılarının yerləşdirilməsi barədə razılıq əldə edildiyi də bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]