Avstraliyanın Melburn şəhərinin mərkəzində Azərbaycan bayraqları qaldırılıb
Kanberra, 10 noyabr, AZƏRTAC
Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə Avstraliyanın Melburn şəhərinin mərkəzində ölkəmizin üçrəngli bayrağı qaldırılıb.
AZƏRTAC xəbər verir ki, noyabrın 10-da Avstraliyanın Viktoriya ştatının Melburn şəhərinin mərkəzi meydanı hesab olunan Federasiya Meydanında Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə keçirilən mərasimdə bu şəhərdə yaşayan soydaşlarımız və Melburn şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir Viktoriya ştatında məskunlaşan Azərbaycan icmasının üzvlərinin təşəbbüsü və təşkilatçılığı, ölkəmizin Avstraliyadakı səfirliyinin dəstəyi ilə baş tutub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kanberra