Avstraliyanın Viktoriya ştatında rekord miqdarda yoluxma qeydə alınıb
Tokio, 27 iyul, AZƏRTAC
Son sutka ərzində Avstraliyanın cənubunda yerləşən Viktoriya ştatında rekord miqdarda - 532 nəfər koronavirusa yoluxub, altı nəfər isə həyatını itirib.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bu barədə ştatın baş naziri Den Endrüs məlumat verib.
“Viktoriya ştatında ümumilikdə 8 min 696 koronavirus yoluxması qeydə alınıb, bunlardan 532-si yenidir. Təəssüflə qeyd edirəm ki, Viktoriya sakinlərindən altısı virusa yoluxma nəticəsində həyatını itirib”, - deyə D.Endrü sakinlərlə görüşü zamanı bildirib.
Qeyd edək ki, bu ştatda indiyə qədər yoluxanların gündəlik sayı 500 nəfəri ötməyib. Sonuncu rekord iyulun 22-də qeydə alınıb. Həmin vaxt 434 nəfərin yoluxduğu bildirilirdi. Hazırda bu ştatda 4 min 500 nəfərin müalicə aldığı da qeyd edilir.
Bununla yanaşı, Viktoriya ştatının virusun yayıldığı mərkəzə çevrildiyi və baş sanitar həkimin tövsiyəsi ilə burada təkrar karantin tətbiq olunduğu bildirilir.
Avstraliyanın Baş Naziri Skott Morrison isə Viktoriya ştatındakı vəziyyətin ciddi narahatlıq doğurduğunu bəyan edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]