AVSTRİYA RESPUBLİKASININ FEDERAL KANSLERİ ZATİ-ALİLƏRİ CƏNAB VOLFQANQ ŞÜSSELƏ
Avstriya Respublikasının Prezidenti Tomas Klestilin vəfatı xəbəri məni son dərəcə kədərləndirdi.
Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında Prezident Tomas Klestilin xidmətləri böyük olmuşdur.
Bu ağır itki ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, mərhumun ailəsinə, bütün Avstriya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 7 iyul 2004-cü il.