Ayaz Mirzəyev: Tələblər yerinə yetirilənə qədər bu haqlı etirazlar davam edəcək
Şuşa, 19 dekabr, Elmir Səftərov, AZƏRTAC
Aksiya iştirakçılarının tələbləri yerinə yetirilənə qədər bu haqlı etirazlar davam edəcək. Burada iştirak edən hər kəsin məqsədi və məramı aydındır. Tələb edirik ki, Xankəndidə qızıl yataqlarının istismarına son qoyulsun. Eyni zamanda, həmin əraziyə Azərbaycanın müvafiq dövlət qurumlarının monitorinq qrupunun getməsinə şərait yaradılsın. Buna baxmayaraq, tam hüquqi olan tələblərimiz hələ də yerinə yetirilməyib. Bu səbəbdən də aksiya iştirakçıları sona qədər haqlı tələblərini səsləndirəcəklər.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyev söyləyib.
QHT sədrinin fikirlərinə görə, bəzi erməniyönümlü saytlar məlumat yayırlar ki, guya Laçın- Xankəndi yolunda humanitar böhran yaranıb, yol bağlanıb. Amma bu fikirlər reallığı əks etdirmir. Çünki aksiya başlayan gündən etibarən humanitar məqsədlə bu yoldan xeyli avtomobil maneəsiz şəkildə keçib. Belə ki, bu gün səhər sülhməramlılardan birinin ailəsi bu yoldan sərbəst şəkildə keçdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]
Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO
- 12.06.2026 [22:50]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]