“Ayntraxt” Marko Russla müqaviləni yeniləyib
Bakı, 18 dekabr, AZƏRTAC
Almaniyanın “Ayntraxt” klubu müdafiəçi Marko Russla müqaviləni yeniləyib.
AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, yeni müqavilə 2020-ci il iyunun 30-dək nəzərdə tutulub.
Alman müdafiəçi cari mövsüm klubun heyətində 8 matçda meydana çıxıb.
Otuz üç yaşlı oyunçu “Ayntraxt”dakı karyerasında 326 oyuna 24 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, futbolçu karyerasına 2004-cü ildə “Ayntraxt”da başlayıb. 2011-ci ildən 2013-cü ilədək Almaniyanın “Volfsburq” klubunun heyətində yaşıl meydanlara çıxan müdafiəçi 2013-cü ildə yenidən “Ayntraxt”a geri dönüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]