Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ayyan Salahova: Sistemli çalışan və intizamlı insan istənilən sahədə uğur qazana bilər

Ayyan Salahova: Sistemli çalışan və intizamlı insan istənilən sahədə uğur qazana bilər

Bakı, 6 iyun, Anara Axundova, AZƏRTAC

AZƏRTAC Azərbaycanın populyar blogerləri ilə müsahibələr silsiləsini davam etdirir. Bu dəfə həmsöhbətimiz sahibkar, bloger, üç uşaq anası Ayyan Salahovadır. O, bizə uğurlarından söz açıb, fəaliyyətə yenicə başlayan blogerlərə və sahibkarlara öz məsləhətlərini verib.

-Bloqunuz nə ilə başladı?

-Mənim bloqum, sadəcə, Instagram sosial şəbəkəsində açıq bir səhifə idi. Onu bloger qismində idarə etdiyimi deyə bilmərəm. Təxminən 13 il əvvəl, hamı orada profil açmağa başlayanda, mən də Instagram profilimi yaratdım. Həmin vaxt Londonda yaşayırdım. Bu, daha çox bir hobbi idi. Ancaq insanlar mənim səhifəmə abunə oldular, baxmayaraq ki, bunun üçün xüsusi bir şey etməmişəm. İndi də özüm haqqında deyə bilərəm ki, çox aktiv blogerəm. Əsas fəaliyyətim tədbirlərin təşkilidir. Bizneslə blogerliyi birləşdirmək çox çətindir, amma yenə də çalışıram. Hər şey bir-birinə bağlıdır; bloq müəyyən dərəcədə mənim biznesimi dəstəkləyir və ümumiyyətlə, indiki vaxtda istənilən biznesin hansısa platforması olmalıdır. Biznesin şirkəti təmsil edən şəxs formasında siması olduqda isə müştəridə daha çox inam yaranır.

-Biznes ideyanızın yaranması necə baş verdi?

-Demək olar ki, təsadüfi alındı. Mən ixtisasca pianoçuyam və Londonda Kral Musiqi Akademiyasını bitirmişəm, lakin bir anda musiqidən uzaqlaşdım və indi həmin alətdə ifa etmirəm. Konsertlərimi xatırlayanlar hələ də mənə yazsalar da...

Beləliklə, mən Londondan Bakıya qayıtdım, elə həmin vaxt qardaşım qızının ad günü nəzərdə tutulmuşdu. Bacım çoxdan təşkilatçı axtarırdı, amma son anda onun üçün hər şey uğursuz oldu və özümüz tələsik bu şənliyi təşkil etdik. Sonra bir dostum qızı üçün bir tədbiri bəzəməyə kömək etməyimi istədi və biz şəhərdə ilk spa-axşamı təşkil etdik, bizdən sonra hamı onları təkrar etməyə başladı. Çox uzun müddət bacım məni tədbirin peşəkar təşkilatçısı olmağa inandırmağa çalışdı. Mən dedim: “Şəhərdə hər zövqə və büdcəyə uyğun milyonlarla dekorasiya şirkəti var, axı başqası kimə lazımdır?” Amma, əslində, bu sahədə sərbəst yer var idi. O dövrdə Bakıda iki kateqoriya üzrə dekorasiya şirkətləri olub: çox bahalı, lakin keyfiyyətli və ucuz, ancaq keyfiyyətsiz. Mən adekvat qiymətə keyfiyyətin olduğu bir orta yeri tutdum. Ona görə də tədbirlər təşkil etməyə başladım və bütün bunların necə inkişaf etdiyini də anlamadım. İndi bu fəaliyyətdən adrenalin alıram - hər dəfə yeni hadisə, yeni çağırış olanda eyni şeyi təkrar etmirsən. İşimi çox sevirəm.

-Bununla yanaşı, siz öz sevimli iş yerinizi tapdınız, bəs bir sahibkar və bloger kimi uğurunuzun səbəbi nədədir?

- Yüksək məsuliyyət hissi, təşkilatçılıq, güclü nəzarət və nizam-intizamda. Çox sistemli çalışan və intizamlı olan istənilən insan hər hansı bir işdə uğur qazana bilər. Mən elə bir spesifik sahədə çalışıram ki, əksərən sizdən çox şey asılı olmur. Yəni, düzgün koordinasiya etməli olduğum podratçılarla işləyirəm. Burada heç də hər kəs məsuliyyət daşımır... Həm də tədbir günü hər şey ola bilər. Buna görə insanlar bütün prosesə nəzarət etmək üçün təşkilatçılarla işləməyə başladılar.

Bloqumun uğuruna gəlincə, düşünürəm ki, sosial şəbəkədə də həyatda olduğum kimi davranmağım, heç nəyi ört-basdır etməməyim insanların xoşuna gəlir. Birbaşa blog yazmağım da göz qabağındadır. Mənim heç bir strategiyam, satış reklamlarım, hekayə nəqli planlarım, müntəzəm çəkilişlərim yoxdur. Bəlkə də buna görə izləyicilərim məni sevirlər, çünki etdiyim hər şey təbiidir və vicdanla yerinə yetirilir. Çox vaxt mənə təklif olunan hər hansı reklamdan imtina edirəm. Məsələn, mən həkimləri, psixoloqları, kosmetoloqları reklam etmirəm. Habelə məktəbləri reklam etmirəm, çünki bunun tamamilə yanlış olduğunu düşünürəm. Uşağım orada oxumursa, onda konkret məktəbi necə reklam edə bilərəm? Bu, çox böyük məsuliyyətdir.

-Reklamdan söz düşmüşkən, reklam sektorunun sosial şəbəkələrə axınına necə baxırsınız?

-Zənnimcə, hazırda bu, bir ehtiyacdır: bütün məlumatlar internetdədir və sosial şəbəkələr təbliğat üsuludur. Hər halda ətrafımdakı insanlar televizora baxmırlar. Hətta valideynlərim də xəbərləri onlayn oxuyurlar. İndi başqa dövrdür və hər bir sahə kimi, reklam sektoru da reallıqlara uyğunlaşır.

-Azərbaycanda başqa ölkələrlə müqayisədə blogerlik nə dərəcədə inkişaf edib?

-Bizim ölkəmiz kiçikdir və reklam verənlərin sayı da o qədər çox deyil. Mən rusiyalı blogerlərə abunə olmuşam və artıq 5-10 ildir ki, onların çoxunu müşahidə edirəm. Bu gənclər həqiqətən də bloger kimi məhz reklam hesabına milyonçu olublar. Çünki orada miqyas da böyükdür, ölkə nəhəngdir. Bizdə isə bazar elə də geniş deyil. Blogerlərimizin nail ola biləcəyi müəyyən limit var.

-Ümumiyyətlə, 5-10 ildən sonra bu sahəni necə görürsünüz? Bütün bu tendensiyanın istiqaməti barədə nə deyə bilərsiniz?

- Bu, kifayət qədər məchul bir sahədir... Mən həmişə deyirəm ki, yalnız bir bloqa etibar etməməli və bütün hesablarınızı ona qoymamalısınız. Deyək ki, Instagram sabah bağlıdır – hər şey ola bilər! On beş il əvvəl hamı feysbukda idi. Sonra Instagram meydana çıxdı və feysbuk əhəmiyyətsiz oldu. Bundan əvvəl Hi5 var idi - xatırlayırsınız? Hətta əvvəllər MSN də olub. Bu sahədə işlər çox sürətlə dəyişir. İndi “TikTok” sürət qazanır. Amma mənim ondan çox da xoşum gəlmir.

-Yeni fəaliyyətə başlayan blogerlərə nə məsləhət görərdiniz?

- Əvvəlcə öz yerini, yəni, necə bloger olduğunu tapmalısan. Ümumiyyətlə, məqsədinizin nə olduğunu başa düşməlisiniz. Bunun məqsədi nədir? Hər kəsin öz məqsədi var: kimisi məşhur olmaq, kimisi pul qazanmaq istəyir. Öz bloqunuzu açırsınızsa, sizə nizam-intizam lazımdır. Bütün bunları necə düzgün edəcəyinizi başa düşməlisiniz. Bəzi kurslara gedin. İndi işlər əvvəlki kimi deyil - şəkil qoydum və imzaladım. Bunun üçün həm məsuliyyətli yanaşma, həm də fərdilik və səmimiyyət lazımdır. Bu amillər həmişə qazandırır.

-Bəs öz biznesini açmaq istəyənlərə nəyi məsləhət görərdiniz?

- Baxır hansı bizneslə məşğul olacağınıza... Əvvəlcə zəmini nəzərdən keçirməlisiniz. Görün bu sektorda kimlər var, qiymət etiketləri nədir, hansı yer boşdur, ümumiyyətlə, oraya daxil olmağa dəyərmi, yoxsa yox? Tutaq ki, siz restoran açmaq istəyirsiniz. Nəyin çatışmadığını daha yaxından nəzərdən keçirməliyik, bəlkə də yeni bir şey əlavə etmək mümkün olacaq. Doğru yeri seçmək lazımdır. Mağazalarda da belədir. Mənim əslində o qədər də yaxşı nəticə verməyən bir çox fərqli fikirlərim var idi. Amma çalışdım. Mən başa düşdüm ki, bəzi şeyləri etməməliyəm. Yəni, öz dalğamızı tutmalıyıq.

-Bəlkə ardınca bir eksperiment aparaq. Təsəvvür edək ki, burada, bu otaqda 60-cı illərin üslubunda tədbir keçirməliyəm. Zalın tərtibatını necə edərdiniz?

- Mən adətən belə işləyirəm: bir neçə gün müxtəlif ideyaları nəzərdən keçirirəm, “moodboard” tərtib edirəm və sonra onları təhlil edirəm. Amma belə, dərhal (O, qalxıb zala baxır)... Bura yaxşı yerdir. Zəmində vinil qoya və işıqları tənzimləyə bilərsiniz. Girişdə isə qonaqları 60-cı illərin dəbində geyinmiş bəzi personajlar qarşılaya bilər. Ofisiantları isə elə geyindirmək olar ki, hamısı Elvis kimi olsun. Hətta aktyorları işə götürə bilərsiniz. Bu hissədə bufetimiz olacaq (göstərir), içəridə isə bir növ şou olacaq. Əslində, çox şey edə bilərsiniz. Mümkün olmayan heç nə yoxdur.

-Ən mürəkkəb sifarişiniz hansı olub?

- Günlərin birində müştərilər bir qış möcüzəsi təşkil etmək istədilər, lakin yanlış məkanda. Mən onları inandırdım, yeri dəyişdik və hər şey düzəldi. Çox heyrətamiz idi! Məkandan çox şey asılıdır. Düzgün yer seçmək uğurun yarısıdır. Baxmayaraq ki... Mən də həmin məkanda qış nağılı çəkərdim, amma ideal olmazdı.

-Sizin üçün hər şey ideal olmalıdır?

-Bəli! (Gülür)

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa Parlamenti aviareyslərdə pulsuz əl yükü ilə bağlı yeni qaydaları dəstəkləyib

Mbappe Fransa millisinin tarixində ən çox qol vuran futbolçu olub

Ordubadda 538 abonentin təbii qaz təchizatı dayandırılıb

Vens: ABŞ-İran razılaşması İsrail, Livan və Körfəz ölkələrini də əhatə edəcək

Fransa dünya çempionatında Seneqalı məğlub edib

Mbappe dünya çempionatlarında vurduğu qolların sayına görə Peleni geridə qoyub

Pekin Böyük Britaniyadan Çin şirkətlərinə qarşı sanksiyaların ləğvini tələb edib

CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib

İran İsraili Livanda atəşkəsi pozmağı dayandırmayacağı təqdirdə, sərt cavab verəcəyi ilə hədələyib

Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq

FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq –  EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək

Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub

Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib

Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik

Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır VİDEO

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur -  EKSKLÜZİV VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur - EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV VİDEO

Azərbaycan və Əlcəzair iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirib

Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub

“Qarabağ” növbəti transferini gerçəkləşdirib

Bu saata olan əsas xəbərlər

Azərbaycanda ilk dəfə olaraq istixana üzrə ixtisaslaşmış aqroparkın yaradılması nəzərdə tutulur

Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək

Tovuzda 22 yaşlı oğlan çayda batıb

Sahib Paşazadə Özbəkistan Dövlət Konservatoriyasında Dövlət İmtahan Komissiyasına sədrlik edib

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib

Ekspertiza İssık-Kul gölündə Formula 1 yarışlarının keçirilməsinin təhlükəsiz olduğunu təsdiqləyib

“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Dövlət Baxçalı: Zəngəzur dəhlizi Türk dünyasının Qərbi ilə Şərqini birləşdirən strateji həlqədir

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Böyük Britaniya ilə Aİ arasında ikinci sammitin keçiriləcəyi tarix məlum olub

Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir

Baş icraçı direktor: Qlobal halal şəbəkəsinin yaradılması çox vacibdir

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

Füzulidə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara infotur təşkil edilib

Nazir: Nigeriya halal iqtisadiyyatı çərçivəsində dayanıqlı inkişaf məqsədlərinə töhfə vermək niyyətindədir

Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Energetik içkilər adi sərinləşdirici içkilər deyil: İstehlakçılar nələrə diqqət etməlidirlər?

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Şahzadə Corc illik təhsil haqqı 63 min funt sterlinq olan Eton Kollecində oxuyacaq

Milli Süni İntellekt Mərkəzi ölkə gənclərinin süni intellekt savadlılığının artırılmasını dəstəkləyir

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Sərginin kuratoru: Ortaq sənət növlərimiz Azərbaycan-Türkiyə qardaşlığının mühüm təzahürüdür

İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq

Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edib

Vens: Körfəz ərəb ölkələri İranla sülh planına Yaxın Şərqdə yeni dövrün başlanğıcı kimi baxır

ABŞ Rusiya neftinin tədarükü ilə bağlı sanksiyaları bərpa etməyi planlaşdırır

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Həm sakinlər güvəndə, həm heyvanlar - Oğuzun “Yuva” sığınacağından reportaj

“Masdar”: Azərbaycan xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevrilib

Daşkənddə Azərbaycan və Özbəkistanın Baş nazirlərinin iştirakı ilə ikitərəfli sənədlər imzalanıb

Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb

İşğal dövründə Azərbaycanın mədəni və dini irsi sistemli vandalizmə məruz qalıb

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Məhkəmə Ekspertizası Mərkəzi ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir

Milli Məclisin komissiyası: Fransanın Azərbaycana qarşı özündə hibrid təhdidləri ehtiva edən fəaliyyətləri davam edir

Zaur Əliyev: 10 ildə aqrar sektorda 37,8 faiz artım olub

Orxan Məmmədov: Bakıda forumda qurulan əlaqələr gələcəkdə qlobal halal ekosisteminin inkişafına töhfə verəcək

Təbiət ərazilərində epizootoloji monitorinqlər keçiriləcək

Baş icraçı direktor: Yaxın illərdə qlobal halal istehlak bazarının 6 trilyon dollara çatacağı proqnozlaşdırılır

Birol Akgün: Türkiyə ilə Azərbaycan mədəni və mənəvi dəyərlər baxımından bir-birinə çox yaxındır

MODON: Səudiyyə Ərəbistanının müəssisələr üçün dəstək mexanizmləri investisiyaların cəlb olunmasına xidmət edir

“Dar Al Halal Group”: İslam maliyyəsinin əsas xüsusiyyətlərindən biri onun faizsiz maliyyələşdirmə prinsiplərinə əsaslanmasıdır

İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan veriblər

Oksford Universitetində keçirilən beynəlxalq liderlik təlimində ADPU təmsil olunub

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Xalid Xələfulla: İİB halal iqtisadiyyatı dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün mühüm platforma hesab edir

Gökhan Seyhan: Təsviri sənət və miniatür hər iki ölkənin zəngin mədəni irsini əks etdirir

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır VİDEO

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır VİDEO

“Masdar”: Azərbaycanın yaşıl enerji sahəsində uğurunun əsasında dövlətin qətiyyətli mövqeyi dayanır

SOCAR-ın vitse-prezidenti: Regional enerji bazarlarının inteqrasiyası vacibdir

Erməni dərsliklərində nifrət dilinin təbliği ciddi narahatlıq doğurur RƏY

Mosaedah Al-Drees: Halal iqtisadiyyatın inkişafı yeni istehsal sahələrinin yaradılmasına şərait yaradır

Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb

“Ümumi təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklər Milli Məclisin iclasına tövsiyə olunub

CECECO: Azərbaycan regional enerji əməkdaşlığının gücləndirilməsində aparıcı rol oynayır

“Mediada Azərbaycan dili” proqramının yekun mərhələsi təşkil olunub

BMU-dan abituriyentlər üçün yeni fürsət: prioritet sahələr üzrə 3 ikili diplom proqramı

Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir

“ACWA Power”: Enerji sektorunda ölkələr üçün vahid model yoxdur

Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib

Azərbaycan Turizm Bürosu “WiT Phocuswright Middle East” tədbirində iştirak edib

Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur

Beş ayda 144 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb