AZAL-ın birinci vitse-prezidenti: Ölkəmizdə 8 beynəlxalq hava limanı mövcuddur
Bakı, 23 fevral, AZƏRTAC
Ölkəmizdə 8 beynəlxalq hava limanı mövcuddur, onların ikisi işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərir.
Bunu AZƏRTAC-a məxsusi müsahibəsində “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Samir Rzayev bildirib.
AZAL-ın birinci vitse-prezidenti qeyd edib ki, Qarabağda quruculuq işləri çərçivəsində ən zəruri infrastrukturun yaradılması ilə bağlı Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, 2021-ci ildə Qarabağın hava qapısı hesab olunan Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verildi və ötən ilin oktyabr ayında Zəngilan Beynəlxalq Hava Limanının açılışı baş tutdu. Bu hava limanlarında yaradılan şərait öz növbəsində beynəlxalq standartlara uyğun olaraq uçuşların həyata keçirilməsinə imkan verir.
Samir Rzayevin sözlərinə görə, bu hava limanları bütün növ təyyarələri, o cümlədən geniş gövdəli ağır yük təyyarələrini qəbul etmək iqtidarındadır. Eyni zamanda, ölkə üzrə 9-cu, azad edilmiş torpaqlarda 3-cü aeroport olacaq Laçın Beynəlxalq Hava Limanı da tikilməkdədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [15:23]
Üçüncü rübdə Energetika Nazirliyi tərəfindən 149 icazə verilib
- 08.10.2026 [14:02]
Çindən Azərbaycana dəmir yolu ilə daşınan blok-qatarların sayı 40 faiz artıb
- 08.10.2026 [14:02]
“Azərkosmos” Beynəlxalq Kosmik Hüquq İnstitutu ilə memorandum imzalayıb
- 08.10.2026 [13:12]