AZAL oktyabr ayından Bakıdan Minskə reyslər açır
Bakı, 12 sentyabr, AZƏRTAC
Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakıdan Belarusun paytaxtı Minskə müntəzəm reyslər açır.
AZAL-dan AZƏRTAC-a bildirilib ki, Bakı-Minsk-Bakı marşrutu üzrə ilk reysin oktyabrın 1-də həyata keçirilməsi planlaşdırılır. Aviaşirkət həftədə dörd dəfə uçuşlar həyata keçirəcək.
Minskə uçuşlar üçün aviabiletləri “Azərbaycan Hava Yolları”nın internet saytından - www.azal.az, mobil əlavədə və aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.
Minsk unikal görməli yerlərlə və rahat parklarla dolu gözəl və tarixi bir şəhərdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [13:12]
® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır
- 28.09.2026 [13:09]