AZEL ŞİRKƏTİNİN YENİ KOMPYUTER MAĞAZASI AÇILMIŞDIR
Tədbirdə şirkətin prezidenti İqor Yakovenko, marketinq və satış üzrə vitse-prezident Vaqif Tarıverdiyev çıxış edərək, bildirmişlər ki, bu mağazada yüksək keyfiyyətli avadanlıq istehsalında dünya bazarında özünəməxsus yer tutan Canon, APC, Toshiba, HP, İBM, Samsunq şirkətlərinin məhsulları, eləcə də AZEL-in istehsal etdiyi Lazer kompyuterləri müştərilərə təqdim olunacaqdır. Eyni zamanda, vətəndaşlar Yaponiyanın Epson şirkətinin istehsalı olan printer, skaner, proektor və digər kompyuter aksesuarlarını yalnız AZEL-in mağazalarından nağd və kredit yolu ilə əldə etmək imkanına malikdirlər.
1991-ci ildən fəaliyyət göstərən və Cənubi Qafqazda informasiya texnologiyaları bazarında ən böyük firmalardan biri olan AZEL, həmçinin, müştərilərə Soni, Pioneer, Sanyo, JVC şirkətlərinin istehsal etdiyi kompyuter və noutbukların, printer, monitor, skaner, nüsxələmə texnikası və plazma panellərinin satışı üzrə də xidmət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:41]
ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb
- 16.10.2026 [14:37]
Heydər Əliyev Beynəlxalq Aeroportu payız-qış uçuş cədvəlinə keçir
- 16.10.2026 [14:20]
2030-cu ildə orta illik inflyasiyanın 4,3 faiz olacağı gözlənilir
- 16.10.2026 [13:43]