Azərbaycan Atletika Federasiyasının nümayəndəsi bürünc səviyyəli hakim sertifikatı ilə təltif edilib
Bakı, 17 yanvar, AZƏRTAC
Azərbaycan Atletika Federasiyasının (AAF) Qaçış Hər Kəs üçün Komitəsinin sədri Namiq Əsədov idman yerişi üzrə beynəlxalq səviyyəli hakim adını almaq üçün imtahanı uğurla keçib
Bu barədə AZƏRTAC-a AAF-dən məlumat verilib.
N.Əsədov Dünya Atletikası (World Athletics) tərəfindən idman yerişi üzrə beynəlxalq bürünc səviyyəli hakim sertifikatı ilə təltif edilib.