Azərbaycan avarçəkənləri "Bahar Kuboku"nda yarışacaqlar
Bakı, 10 aprel, AZƏRTAC
Azərbaycanın kayak və kanoe üzrə gənclərdən ibarət milli komandası Türkiyənin Muğla şəhərində keçiriləcək “Bahar Kuboku” beynəlxalq reqatasında iştirak edəcək.
Azərbaycan Su İdman Növləri Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yığma yarışlarda Qurban Sadıqlının məşqçiliyi ilə 7 nəfərlik heyətlə mübarizə aparacaq.
Elmir Tarverdiyev, Mustafa Vəlizadə, Qiyas Əhmədov, Tengiz Qaqnidze kayak qayığında, Hüseyn Səmədli, Vaqif Mustafazadə, Fəxri Sadıqlı isə kanoe növü üzrə mükafatçılar sırasına düşməyə çalışacaqlar.
Qeyd edək ki, “Bahar Kuboku” aprelin 16-18-də təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]
Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür
- 30.09.2026 [09:55]
® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır
- 30.09.2026 [09:34]