Azərbaycan badmintonçuları Avropa Universitet Oyunlarında mübarizəyə başlayırlar
Debretsen, 19 iyul, AZƏRTAC
Macarıstanın Debretsen şəhərində tələbələr arasında keçirilən Avropa Universitet Oyunlarında bu gün badminton yarışları start götürəcək.
AZƏRTAC xəbər verir ki, ilk gündə Azərbaycan İdman Akademiyasının 4 idmançısı mübarizəyə başlayacaq.
Aqil Qabilov, Rəvan Niftəliyev, Nərmin Şərifova və Nigar Əliyevadan ibarət kollektiv komanda yarışında Böyük Vitovt Universitetinin (Litva) tələbələri ilə üz-üzə gələcəklər.
Badminton yarışlarına iyulun 24-də yekun vurulacaq.