“Azərbaycan-Çin əlaqələrinin inkişafında xalq diplomatiyasının rolu” mövzusunda seminar keçirilmişdir
Bakı, 5 noyabr (AZƏRTAC). Noyabrın 5-də Azərbaycan Dillər Universitetində (ADU) Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan-Çin əlaqələrinin inkişafında xalq diplomatiyasının rolu” mövzusunda seminar keçirilmişdir.
ADU-dan AZƏRTAC-a bildirmişlər ki, tədbirdə mərkəzin direktoru Rafiq Abbasov çıxış edərək qarşılıqlı faydalı strateji əməkdaşlığın inkişafında və Azərbaycan-Çin arasındakı humanitar mübadilədə xalq diplomatiyasının rolundan danışmış, mədəniyyətlərarası dialoqda gənclər təşkilatlarının iştirakının vacibliyini xüsusi vurğulamışdır.
Mərkəzin rəhbəri Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün (İDEA) təsisçisi və direktoru Leyla Əliyevanın apardığı ictimai diplomatiyanın müsbət nəticələrini qeyd etmişdir.
Universitetin regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin tələbələri seminarda çıxış edərək Azərbaycan-Çin xalq diplomatiyasının inkişafının əsas mərhələləri və perspektivlərindən, Azərbaycanın humanitar siyasətinin özəlliklərindən, iki ölkənin qardaşlaşmış şəhərlərinin - Bakı, Sumqayıt, Çjuçjoy, Çendu və Karamayın beynəlxalq fəaliyyətindən söz açmışlar.
Tədbirdə Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin müşaviri Li Yunxuey iştirak etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]