AZƏRBAYCAN CÜDOÇULARI DÜNYA KUBOKU TURNİRİNDƏ İKİ MEDAL QAZANMIŞLAR
![]() |
|
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
33 ölkədən 173 idmançısının mübarizə aparacağı turnirin təntənəli açılış mərasimində Azərbaycanın dövlət himni səsləndirilmişdir.
Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov Azərbayanda idmanın inkişafından, Olimpiya hərəkatının geniş vüsət almasından danışmışdır. O qeyd etmişdir ki, Azəbaycan son illər beynəlxalq yarışların mərkəzinə çevrilmşdir. Buna isə yalnız beynəlxalq qurumların etimdanı qazanmaqla mümkün olmuşdur. Azərbaycanın dinamik inkişafı, idmanın kütləviliyi və maddi-texniki bazanın möhkəmlənməsi bu etmiadın qazanılmasında əsas səbəb olmuşdur.
Azərbaycan Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbəov bu turnirin əhəmiyyətindən, Azərbaycanda cüdo məktəbinin ənənələrinin uğurlu inkişafından danışmışdır.
Avropa Cüdo İttifaqının prezidenti Sergey Salaveyçik yarışların yüksək səviyyədə təşkilinə görə, Azərbaycan hökumətinə minnətdarlığını bildirmişdir. O, gənclər və idman nazri Azad Rəhimovu və Azərbaycan Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərovu Avropa Cüdo İttifaqının qızıl medalı ilə mükafatlandırmışdır.
İlk dəfə olaraq yarışda Azərbycan Cüdo Federasyiasının himni səsləndirilmiş, klip nümayiş etdirilmişdir.
Yarışların bədii hissəsi başa çatdıqdan sonra üçüncü yer uğrunda qarşılaşmalar və final döyüşləri keçirilmişdir.
Azərbaycan cüdoçuları arasında 73 kiloqram çəki dərəcəsində finala vəsiqə qazanmış Samir İsmayıov həlledici qarşılaşmada ukraynalı Genadiy Bilodidə uduzaraq ikinci yeri tutmuşdur. Bu çəki dərəcəsində Kuzmin Petro (Ukrayna) və Kristof Stanql (Avstriya) bürünc medala layiq görülmüşlər.
66 kiloqram çəki dərəcəsində isə Ramil Qasımov portuqaliyalı Dias Pedronu məğlub edərək bürünc medala sahib olmuşdur. İkinci bürünc medalı gürcüstanlı Zaza Kedalaşvili əldə etmişdir. Bu çəki dərəcəsində Sebastyan Bertelot (Fransa) qızıl, ukraynalı Sergey Drebot isə gümüş medal qazanmışlar.
60 kiloqram çəki dərəcəsində Böyük Britaniya idmançısı Kreq Fallon fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır. Yunanstan cüdoçusu Lavrentis Aleksanidis ikinci, Evgeni Stanev (Rusiya) ilə Betkil Şukvani (Gürcüstan) üçüncü olmuşlar.
Oktyabrın 14-də tatami üzərinə daha 4 çəki dərəcəsi üzrə yarışan idmançılar çıxacaqlar.








