Azərbaycan cüdoçuları Düsseldorfdakı “Böyük dəbilqə” turnirini iki medalla başa vurublar
Bakı, 26 fevral, AZƏRTAC
Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə “Böyük dəbilqə” turniri başa çatıb.
AZƏRTAC xəbər verir ki, turnirin sonuncu günündə qadınların yarışında 78 kiloqramdan yuxarı çəki dərəcəsində ölkəmizi təmsil edən İrina Kindzerska yalnız bir görüşdə uduzaraq bürünc medal qazanıb. Cüdoçumuz üçüncü yer uğrunda qarşılaşmada Bosniya və Herseqovina təmsilçisi Larisa Ceriçə qalib gəlib.
Xatırladaq ki, İ.Kindzerska 2 həftə əvvəl Parisdə keçirilən nüfuzlu yarışı da bürünc medalla başa vurub.
Beləliklə, Azərbaycan cüdoçuları Almaniya turnirində 2 medala sahib olublar. Kişi cüdoçularımız arasında ən yaxşı nəticəni gümüş medal qazanan Rüstəm Orucov göstərib.
Düsseldorf turnirində 65 ölkədən 441 cüdoçu mübarizə aparıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:34]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]
Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək
- 30.09.2026 [17:00]
Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq
- 30.09.2026 [15:54]