AZƏRBAYCAN CÜDOÇUSU ELNUR MƏMMƏDLİ DÜNYA SUPER KUBOKU TURNİRİNİN YARIMFİNALINA VƏSİQƏ QAZANMIŞDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycan cüdoçusu Elnur Məmmədli (73 kq) Hamburqda keçirilən dünya super kuboku uğrunda turnirə uğurla başlamışdır.
Fevralın 23-də ardıcıl olaraq, Batraz Kaytmazov (Rusiya), Konstantin Tipa (Moldova), Kristof Stanql (Avstriya) və Marko Madalloniyə (İtaliya) qalib gələn E.Məmmədli yarımfinala vəsiqə qazanmışdır. Bu mərhələdə cüdoçumuzun rəqibi Nik Tritton (Kanada) olacaqdır.
Digər Azərbaycan cüdoçusu Mehman Əzizov (81 kq) isə Avstriya, Cənubi Afrika Respublikasından olan idmançılara qalib gəlsə də, səkkizdəbir finalda meydan sahibi Almaniya cüdoçusu Nik Henə uduzmuşdur.
Həmin gün tatami üzərinə çıxan Samir İsmayılov (73 kq) birinci, Elxan Rəcəbli (81 kq) isə ikinci görüşündə məğlub olaraq çıxışlarını dayandırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]