Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Dayanıqlı İnkişaf Məqsədləri üzrə öhdəlikləri yerinə yetirən ölkələr arasında ilk sıralardadır

Bakı, 26 oktyabr, AZƏRTAC 

VI Beynəlxalq Humanitar Forum çərçivəsində Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının, İqtisadiyyat Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının ölkə üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən Dayanıqlı İnkişafa dair Bakı Forumunun növbəti sessiyası "2030-cu ilədək dayanıqlı inkişaf üçün sülhsevər və inklüziv cəmiyyətləri təşviq etmək, hamı üçün ədalət məhkəməsinə çıxış imkanını təmin etmək və bütün səviyyələrdə səmərəli, məsuliyyətli və inklüziv təşkilatlar qurmaq" mövzusuna həsr edilib.

AZƏRTAC xəbər verir ki, sessiyanın moderatoru, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova minilliyin 8 məqsədinin davamı olaraq 2030-cu ilədək davam edən 17 məqsəd, 169 hədəf, 232 indikatorlardan ibarət DİM-in BMT tərəfindən üzv dövlətlərin hər birinə ünvanlandığını bildirib. Əlavə edib ki, lakin onların reallaşdırılma imkanları siyasi, iqtisadi, sosial, insan hüquqlarının vəziyyətindən asılı olaraq hər ölkədə fərqli səviyyədə həyata keçirilir.

Bildirilib ki, İkinci Dünya müharibəsindən sonra yaranmış BMT öz fəaliyyətinin prioritetləri kimi dünyada sülh, bərabərlik və əməkdaşlığı bəyan edib. BMT-nin İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsində ayrı-seçkiliyin yolverilməzliyi prinsipi təsbit olunub. Lakin Azərbaycan Xalq Cümhuriyyəti 100 il əvvəl həmin prinsipi və hüquq bərabərliyini qəbul edərək qadınlara kişilərlə bərabər seçib-seçilmək hüququnu da verib.

Ombudsman deyib ki, Azərbaycan BMT-nin bir sıra konvensiya və sənədlərinə qoşulmaqla yanaşı, DİM-in hazırlanmasında da fəal iştirak edib. Bu sənədin hazırlanması prosesində ölkəmizdə aparılan gərgin müzakirələr nəticəsində toplanan tövsiyələr BMT tərəfindən yüksək dəyərləndirilib və onların çoxu cəmləşdirilmiş şəkildə Məqsədlərdə əksini tapıb.

Diqqətə çatdırılıb ki, DİM-in milli prioritetlərə uyğunlaşdırılması və ölkədə mütəşəkkil, əlaqələndirilmiş şəkildə həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Milli Əlaqələndirmə Şurası təsis olunub və Katibliyin fəaliyyətinə nəzarəti İqtisadiyyat Nazirliyi həyata keçirir. Dövlət nümayəndələrindən ibarət Şuranın 4 ixtisaslaşmış işçi qrupu yaradılıb. Bütün sahələrdə sürətlə irəliləyən Azərbaycan DİM-in gerçəkləşməsində də mühüm uğurlar qazanıb. Bu, özünü dayanıqlı inkişaf üçün sülhsevər və inklüziv cəmiyyətin təşviqində, hamının ədalət məhkəməsinə çıxış imkanının təmin edilməsində və bütün səviyyələrdə səmərəli, məsuliyyətli və inklüziv təşkilatların qurulmasında, yeni təşəbbüslərin gerçəkləşməsində (“ASAN xidmət”, tolerantlıq, multikulturalizm, Strateji Yol xəritələri) əksini tapıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın bir milyondan çox vətəndaşının hüquqlarının pozulduğunu vurğulayan E.Süleymanova deyib ki, DİM-in həyata keçirilməsi istiqamətində mühüm addımlar atan Azərbaycan üçün sülh və inkişaf çox vacibdir. O, Azərbaycanın DİM-ə çatmaq istiqamətində öhdəlikləri yerinə yetirən ölkələr arasında ilk sıralarda olduğunu vurğulayıb, bu baxımdan Prezident İlham Əliyevin ötən il fevralın 10-da imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamın əhəmiyyətini xüsusi qeyd edib.

BMT baş katibinin hüquq, təhlükəsizlik və təşkilatlar üzrə köməkçisi Aleksandr Zuev belə mötəbər Foruma dəvət olunmasına görə minnətdarlığını bildirib. Bəşəriyyətin tərəqqisi, o cümlədən DİM-ə çatmaq üçün sülhün və inkişafın bir-birindən asılı olduğunu vurğulayan A.Zuev deyib ki, aparılmış təhlillər bir çox hallarda insanların radikallaşmasının və münaqişələrin yaranmasının əsasında insan hüquqlarının pozulmasının dayandığını ortaya çıxarıb. Bu baxımdan cəzaçəkmə müəssisələrində məhkumların hüquqlarının qorunmasının əhəmiyyətini xüsusi vurğulayan A.Zuev Azərbaycanda bu sahədə mühüm tədbirlərin həyata keçirildiyini qeyd edib.

Son illər Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayan A.Zuev əldə edilmiş uğurlara görə təbriklərini çatdırıb, Forumun önəmini yüksək qiymətləndirib.

Türkiyənin insan hüquqları üzrə baş müvəkkili Şərəf Malkoç Azərbaycana hər səfərində gördüyü sürətli inkişafdan məmnunluğunu bildirib. Dayanıqlı inkişafa dair belə mötəbər tədbirin Bakıda keçirilməsinin əhəmiyyətini vurğulayan Ş.Malkoç Azərbaycan və Türkiyə prezidentlərinin siyasi iradələri ilə həyata keçirilən layihələrin və tədbirlərin mühüm uğurlarla nəticələndiyini qeyd edib. O, bu layihələr arasında bir neçə gün əvvəl açılışı olan STAR neft emalı zavodunun əhəmiyyətini yüksək qiymətləndirib. Azərbaycanın və Türkiyənin birgə reallaşdırdığı nəhəng transmilli layihələr regionda və dünyada sabitliyə, inkişafa və əməkdaşlığa təkan verir.

Dünyada baş verən münaqişələrin böyük insan axınına səbəb olduğunu deyən Ş.Malkoç bildirib ki, Azərbaycan və Türkiyə bu problemlərlə yaxından tanışdır. Azərbaycan müstəqilliyinin ilk illərindən bir milyondan çox qaçqın və məcburi köçkün problemi ilə üz-üzə qalıb. Türkiyə qonşuluğunda baş verən münaqişə ilə əlaqədar 4 milyona yaxın suriyalını qəbul edib və onların ehtiyacları üçün indiyədək 36 milyard dollar vəsait xərcləyib.

Dünya ictimaiyyətinin münaqişələrin həllinə ikili standartlardan yanaşdığını vurğulayan Ş.Malkoç Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirmədiyini diqqətə çatdırıb.

Bosniya və Herseqovinanın Xarici İşlər Nazirliyinin xüsusi işlər üzrə səfiri Miloş Prisa münaqişələrin DİM-in həyata keçirilməsi üçün ən böyük maneə olduğunu vurğulayıb. Bildirib ki, münaqişələr ölkələrin resurslarını tükəndirir, miqrasiyaya səbəb olur, iqtisadi inkişafa ciddi zərbə vurur. Bosniya və Herseqovinada münaqişənin 23 ildir başa çatmasına baxmayaraq, onun ağır təsirləri hələ də hiss olunur. Ölkədə minlərlə insan iş üçün Avropanın digər ölkələrinə üz tutur. Bu isə ölkənin inkişafına ciddi zərbə vurur.

Milos Prisa DİM-ə nail olunmasında sabitliklə yanaşı, qanunların təkmilləşdirilməsinin, özəl sektorun dəstəklənməsinin, təhsilin səviyyəsinin yüksəldilməsinin vacibliyini vurğulayıb.

Qazaxıstanın insan hüquqları üzrə müvəkkili Askar Şakirov Forumun ölkəsi üçün vacib vaxta - DİM ilə bağlı icmal sənədin hazırlanması dövrünə təsadüf etməsindən məmnunluğunu bildirib. O qeyd edib ki, Qazaxıstan DİM-in həyata keçirilməsinə böyük önəm verir. DİM-in müddəalarının 61 faizi Qazaxıstanın milli strateji proqramlarında əksini tapıb. Bu istiqamətdə əldə olunan uğurlardan danışan A.Şakirov müstəqillik dövründə Qazaxıstanın ümumi daxili məhsulunun həcminin 20 dəfə artdığını, ölkənin bu sahədə beynəlxalq konvensiya və təşəbbüslərə qoşulduğunu, respublikada mühüm islahatların həyata keçirildiyini deyib.

Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, bu gün Azərbaycan dünyaya multikulturalizm dəyərlərini ixrac edən, beynəlxalq sülhə, təhlükəsizliyə mühüm töhfə verən ölkə kimi tanınır. Bu Forum da Azərbaycanın dünyada humanitar dəyərləri təbliğ etməsinin göstəricisidir. Təəssüf ki, Azərbaycan 30 ilə yaxındır ki, böyük humanitar fəlakətlə üzləşib və bu problem hələ də həllini tapmayıb. Münaqişənin həll edilməməsinin səbəbi ikili standartların tətbiq edilməsidir.

Xarici İşlər Nazirliyinin Humanitar Siyasət İdarəsinin rəisi Əlimirzamin Əsgərov bildirib ki, Azərbaycan DİM-i milli inkişaf strategiyasında nəzərə alaraq yaxşı idarəetməni, davamlı inkişafı və qanunun aliliyini gücləndirən, insan hüquqlarına hörməti, ictimai xidmətlərin asanlığını təmin edən genişmiqyaslı proqramlar həyata keçirib, inklüziv cəmiyyətlərin qurulmasını təbliğ edir. Düzgün təhsil, sosial-iqtisadi irəliləyiş və gender bərabərliyi olmadan inkişafa nail olmaq mümkün deyil. Bu baxımdan "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası əhalini yüksək keyfiyyətli tibbi təminat, təhsil xidmətləri ilə təmin etmək, müasir təhsil sistemi yaratmaq və sosial müdafiə sistemini müasirləşdirmək, gender bərabərliyini və ailələri dəstəkləmək məqsədini daşıyır.

Qeyd olunub ki, Azərbaycan hökuməti vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması yolunda ardıcıl tədbirlər həyata keçirir. İnkişaf etməkdə olan ölkələr arasında Azərbaycan sosial inklüzivlik indeksinə görə üçüncü yerdədir.

Azərbaycanda korrupsiyaya qarşı mübarizənin DİM-in həyata keçirilməsinin əsasını təşkil etdiyini deyən Ə.Əsgərov bildirib ki, yenilikçi texnologiyalar və yanaşmalar bu sahədə mühüm uğurların əldə edilməsinə imkan verib. Dövlət institutlarının fəaliyyətinin təkmilləşdirilməsi və yaxşı idarəçilik sahəsində mühüm işlərdən biri də dövlət qulluğuna qəbulun şəffaflaşdırılmasıdır.

Sonra mövzu ətrafında müzakirələr aparılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakı Ali Neft Məktəbinin tələbələri “TEXNOFEST” festivalında yeni uğurlar qazanmaq niyyətindədirlər

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Növbəti köç karvanı Şükürbəyli kəndinə çatıb

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin ənənəvi dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

Biləsuvarda baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma başlayıb – YENİLƏNİB

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib

Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir

® Startaplar ölkəsi: “ICT Week Uzbekistan” forumunun Mərkəzi Asiyada texnologiya sektorunun inkişafı barədə göstərdikləri

Yaxın Şərqdə gərginliyin artması LNG axınları və qiymətlər üçün əlavə risklər yaradır - HESABAT

Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb

BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib

Türkiyəli baş məşqçi: Azərbaycan gözəl dostluqlarımın və xatirələrimin olduğu ölkədir – MÜSAHİBƏ

AMEA-da rəqəmsal inkişaf: ilk dəfə Ədəbiyyat İnstitutunda yeni sistem tətbiq olunur

Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb

AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Türkiyədə “TEKNOFEST - Cənub-Şərq” festivalı təşkil olunub

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir

Ədəbiyyat İnstitutunun loqotipi yenilənib

Müdafiə naziri: Ordumuzun ən müasir silah sistemləri ilə təchizatına xüsusi əhəmiyyət veririk

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər

Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir

UNEC “THE WUR 2027” reytinqində ölkədə birincidir

İnvestisiya Forumu diqqəti iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşmasına yönəltdi – ŞƏRH

Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq

“Kopernik”: Bu il dünya əhalisinin təxminən 40 faizi ozon çirklənməsinə məruz qalıb

Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir

Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür

Taksi sürücüləri üçün test imtahanına 1680 nəfər qeydiyyatdan keçib

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Orta Dəhlizdə Azərbaycanın roluna dair müzakirələr aparılıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

® “Azəriqaz” abonentləri müqavilələri “SİMA” ilə rəqəmsal imzalayacaq

Konstitusiya Məhkəməsi Plenumunun iclasında rayon məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Ölkə ərazisində hava şəraiti yağıntılı keçib

® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

Nazir: Yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik

Ekspert: Azərbaycan regional bağlantı və investisiya mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır

Nazir: Gələcəyin müdafiə sənayesi zavodlarla yanaşı, universitetlərdə və tədqiqat mərkəzlərində qurulur

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Vüqar Mustafayev: Təhlükəsizlik bilik, mühəndislik qabiliyyəti və istehsal gücü üzərində formalaşır

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına

“Neftçi” basketbol klubu Avropa Kubokunda cavab oyununa çıxır

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Hikmət Babaoğlu: Xaqani Şirvaninin 900 illiyi böyük şairin irsini yenidən kəşf etmək imkanıdır

Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya səfərində

Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub

Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq

BDU dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında mövqeyini yaxşılaşdırıb

Nəsimi rayonunun bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır