Azərbaycan dili və ədəbiyyat müəllimləri sertifikatlaşdırılma imtahanı barədə məlumatlandırılıblar
Quba, 4 aprel, Elxan Yusifli, AZƏRTAC
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin Azərbaycan dili və ədəbiyyat müəllimləri təhsilverənlərin sertifikatlaşdırılma imtahanına dair maarifləndiriliblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüş zamanı sertifikatlaşdırılmanın mərhələləri, məzmunu haqqında ətraflı məlumat verilib.
Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzinin direktoru Nəzakət Mehdiyeva, İnsan resursları mərkəzinin əməkdaşı Fəridə Həsənli, Quba-Xaçmaz RTİ-nin əməkdaşları, fənn və metodika üzrə mütəxəssislər çıxışlarında sertifikatlaşdırılmanın nəticələrinin təhsilverənlərin karyera inkişafında, əməyin stimulllaşdırılması və əməkhaqqının diferensiallaşdırılması tədbirlərində nəzərə alınacağını bildiriblər.
Müəllimlər tərəfindən diqqət olunmalı məqamlar müzakirə edilib, suallar cavablandırılıb.