Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan dilinin tədrisində nəyi dəyişməli?

Azərbaycan dilinin tədrisində nəyi dəyişməli?

Bakı, 16 avqust, AZƏRTAC

Azərbaycan təhsili müasir inkişaf mərhələsini yaşayır. Orta məktəblərdə ana dilimizlə yanaşı, xarici dillər də tədris olunur. Bu gün ölkəmizdə türk, rus, ingilis, fransız və s. kimi dillərdə və həmin ölkələrin proqramları ilə fəaliyyət göstərən məktəblər və ya bölmələr var. Bunlardan təlim dili rus, ingilis və türk dili olan məktəblər sayca çoxluq təşkil edir. Tədris dili ingilis, rus, türk, fransız olan özəl məktəblərdə təhsilalanların əksəriyyəti azərbaycanlı olduğu üçün həmin şagirdlərin ana dili Azərbaycan dilidir. Eyni zamanda, dövlət ümumtəhsil məktəblərinin digər dillərdə tədris aparılan bölmələrində təhsil alan şagirdlərin mütləq əksəriyyətinin ana dili Azərbaycan dilidir.

Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) mütəxəssisləri isə hesab edir ki, buna görə də tədris dili Azərbaycan dili olmayan məktəblərdə dövlət dilinin keyfiyyətli tədrisini təmin etmək üçün islahatların aparılmasına ciddi zərurət var. Bununla bağlı təkliflərə ARTİ-nin Elmi şurasında baxılaraq Təhsil Nazirliyinə təqdim edilib.

AZƏRTAC xəbər verir ki, bu fikirlər ARTİ-nin direktoru Rüfət Əzizovun “Azərbaycan dilinin tədrisində nəyi dəyişməli?” adlı məqaləsində yer alıb. Məqalədə bildirilir ki, dil millətin varlığının başlıca göstəricisidir və ana dili hər bir insanın milli kimliyinin, mənəvi, şəxsi, sosial, mədəni və bəşəri dəyərlərinin formalaşmasında mühüm rol oynayır. Ana dilini yaxşı bilən şəxs fikir və düşüncələrini səlis və aydın şəkildə ifadə edə bilir, insanlarla ünsiyyət zamanı çətinlik çəkmir.

Ana dilini səlis bilmək həm də müxtəlif əcnəbi dilləri öyrənmək prosesində böyük əhəmiyyətə malikdir. Əgər şagirddə ana dili bacarıqları düzgün şəkildə formalaşarsa, şagird həmin bacarıqlardan digər dillərin öyrənilməsi üçün çox rahatlıqla istifadə edə bilər. Ana dilinin tədrisi zamanı əldə olunan hər hansı bir bacarıq, yeni xarici dil öyrənərkən avtomatik transfer olunur, yəni xarici dildə yenidən həmin bacarıqları formalaşdırmağa ehtiyac yaranmır. Ana dilini mükəmməl bilmək həm də tənqidi təfəkkürün inkişafına müsbət təsir edir, analitik düşünmə, oxuyub-anlama və nitq bacarıqlarının inkişafında mühüm rol oynayır.

Erkən yaşlarda ana dilini qurban verərək uşağa əcnəbi dil öyrətmək, yuxarıda qeyd olunan müsbət öyrənmə bacarıqlarından onu məhrum edə və gələcək nailiyyətlərinə mənfi təsir göstərə bilər. Unutmaq olmaz ki, ana dili Azərbaycan dili olan uşağa xarici dil öyrətmək xatirinə evdə xarici dildə danışmağa çalışmaq, həmin uşağı həm ana dilindən məhrum edir, həm də psixososial yöndən mənfi təsir göstərir, eyni zamanda, formalaşan nitq bacarıqlarından səmərəli istifadəni məhdudlaşdırır.

“Dövlət dilinin tədrisinə ayrılan dərs saatı ən azı 2 dəfə artırılsın”

ARTİ təklif edir ki, təlim dili Azərbaycan dili olmayan ümumtəhsil məktəblərində dövlət dilinin tədrisinə ayrılan dərs saatı ən azı 2 dəfə artırılsın. Ümumi təhsilin yeni dövlət standartlarına əsasən, tədris digər dillərdə aparılan bölmələrdə ikinci xarici dilin tədrisi nəzərdə tutulmur.

Belə olan halda əvvəllər ikinci xarici dilin tədrisinə ayrılan 1 saatı dövlət dilinin tədrisinə əlavə edərək, ümumi orta təhsil səviyyəsində dövlət dilinin tədrisini həftədə 3 saata çatdırmaq olar. Həmçinin tədris digər dillərdə aparılan təhsil müəssisələrində dərsdənkənar məşğələlərə ayrılan saatların bir qisminin də Azərbaycan dilinin tədrisi üçün istifadə olunması məqsədəuyğun olar.

Bundan əlavə, “Azərbaycan tarixi”, “Çağırışaqədərki hazırlıq” fənlərinin, “Zəfər tarixi” kursunun, “Coğrafiya” və “Ədəbiyyat” dərslərinin Azərbaycan ədəbiyyatı və coğrafiyasına həsr olunan hissələrinin də Azərbaycan dilində keçirilməsi təklifdə əksini tapıb. Eyni zamanda, Azərbaycan bölməsində istifadə edilən Azərbaycan dili dərsliyi və tədris digər dillərdə aparılan təhsil müəssisələrinin Azərbaycan dili (dövlət dili) dərsliyinin məzmunu və məqsədi arasındakı fərqin minimuma endirilməsi məqsədəmüvafiq hesab olunur.

“Dərs saatının azlığı şagird marağını azaldırmı?”

Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin I bəndində qeyd edilir ki, “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir”.

Düşünürük ki, ana dili Azərbaycan dili olan şagird digər dillərdə tədris aparılan bölmədə oxuyaraq Azərbaycan dilini mükəmməl öyrənə bilmir və ya ümumiyyətlə, dövlət dilində fikrini ifadə etmək bacarığını itirirsə, bu amil Konstitusiyada dövlət dilinin tətbiqinə qoyulan həmin tələbin gələcəkdə pozulmasına gətirib çıxaracaq. Azərbaycan dilinin məktəb yaşlarından itirilməsi, şagirdlərin gələcəkdə cəmiyyətə sosial inteqrasiyasında problemlər yaradacaq, eləcə də yuxarıda qeyd olunan öyrənmə bacarıqlarının zəifləməsinə səbəb olaraq sonrakı akademik nailiyyətlərinə mənfi təsir edəcək.

ARTİ qeyd olunan problemləri nəzərə alaraq təklif edir ki, təlim müxtəlif dillərdə olan ümumtəhsil məktəblərində Azərbaycan dilinin tədrisi saatları ayrıca və ya inteqrasiya olunmuş şəkildə artırılsın. Sovet dövründən bu yana rəsmi tədris planında digər dillərdə tədris aparılan təhsil müəssisələrində Azərbaycan dilinə cəmi 2 saat ayrılır, yəni həftədə iki 45 dəqiqə. Dərs saatının az olması şagirdlərin dövlət dilinin tədrisinə marağını azaldır, beləliklə, bu fənnə qeyri-ciddi münasibət yaranmış olur. Digər tərəfdən, həftədə 2 saat dil tədrisi zəruri bilik və bacarıqların əldə edilməsinə mane olur. Bu vəziyyətin aradan qaldırılması üçün dövlət dilinin tədrisinə ayrılan dərs saatlarının azı 2 dəfə artırılması məqsədəuyğun olardı.

“Biz “ana dili” və “tədris dili” anlayışlarının fərqini düzgün başa düşməliyik...”

Pedaqoji heyətə məlumdur ki, təlim dili təhsilin məzmununun özəyidir. Təlim rus (və ya digər) dilində aparılan orta məktəblərdə şagirdlərin təxminən 95 faizi azərbaycanlılar olduğu üçün burada Azərbaycan dili, Azərbaycan tarixi, coğrafiya və ədəbiyyatın öyrədilməsi məsələsinə ciddi önəm verilməli, “ana dili” və “tədris dili” anlayışlarının fərqi düzgün başa düşülməli və bu fərqə düzgün yanaşma sərgilənməlidir. Orta təhsil pilləsində ana - Azərbaycan dilinin tədrisi məsələsi diqqət mərkəzində saxlanılmalıdır.

Ümumi təhsilin yeni dövlət standartlarına əsasən dərsdənkənar məşğələlər ümumi təlim saatının 20 faizə qədərini təşkil edə bilər. Bu çox müsbət haldır və tədris planının daha çevik olmasına şərait yaradır. Təlim dili rus (və ya digər) bölmələrində dərsdənkənar saatların bir qismi Azərbaycan dilinin tədrisi üçün istifadə oluna bilər.

İstər Azərbaycan bölməsində, istərsə də digər dillərdə tədris aparılan təhsil bölmələrində Azərbaycan dilinin kurikulumu dilin tədrisində dil qaydalarının əzbərlənməsi deyil, şagirdin nitq və idraki bacarıqlarının inkişafı istiqamətində təkmilləşdirilməlidir. Şagirdlərin dilin məntiqini və funksiyasını özlərinin dərk etməsi, öyrəndiklərini şifahi və yazılı nitqlərində istifadə edə bilməsi nəzərdə tutulmalıdır.

Bu istiqamətdə ARTİ tərəfindən hazırlanmış ehtiyat dərsliklər yaxşı nümunədir və tədricən ibtidai siniflərdə tətbiq olunur. İbtidai siniflər üzrə hazırlanan I-IV sinif Azərbaycan dili dərsliklərində öyrədilən sözlərdən ibarət orfoqrafiya və izahlı lüğətin hazırlanması şagird nailiyyətlərinin yüksəldilməsinə öz töhfəsini verə bilər. Müəyyən tədris mərhələsində şagirdlərin malik olduqları söz ehtiyatını müəyyənləşdirməyə və uyğun söz bazası əsasında qiymətləndirmə materiallarının hazırlanmasına da ehtiyac var. Şagirdlərin oxuyub-anlama bacarığının inkişaf etdirilməsi üçün onların yaş səviyyəsinə uyğun uşaq ədəbiyyatı vəsaitlərinin kəmiyyətinin artırılması müsbət nəticə verə bilər.

Yuxarıda qeyd edilən təkliflər nəzərə alınarsa və dövlət dilinin tədrisinə ayrılan dərs saatlarının artırılması təmin edilərsə, Azərbaycan bölməsində istifadə edilən Azərbaycan dili dərsliyi və rus (və digər) bölməsinin Azərbaycan dili (dövlət dili) dərsliyinin məzmunu və məqsədi arasındakı fərq minimuma endirilə bilər. Bu hal, bəlkə də, gələcəkdə hər iki bölmə üzrə dərsliklərin eyni olmasına da imkan yarada bilər.

“Dövlət dili kimi Azərbaycan dilini tədris edən pedaqoji kadrların hazırlığı ehtiyacını necə qarşılamalı?”

Yeni Azərbaycan dili dərsliklərinin tətbiq olunduğu pilot siniflərdə aparılan monitorinqlərin nəticəsinə görə Azərbaycan dilini tədris edən müəllimlər fənnin məqsədinə (nitq bacarıqlarının inkişaf etdirilməsi) uyğun tədris aparmaqda çətinlik çəkirlər. Belə ki, müəllimlər daha vacib nitq bacarıqlarının (dinləmə, danışma, oxuyub-anlama, yazı) inkişafına deyil, əsasən Azərbaycan dilinin qrammatik qayda-qanunlarının öyrədilməsinə diqqət edirlər. Müxtəlif təlimlərin və kursların təşkil edilməsi ilə yanaşı, bəhs olunan sahədə pedaqoji kadr yetişdirən ali təhsil müəssisələri ilə sıx qarşılıqlı əlaqənin təmin olunması zəruridir. Dövlət dili kimi Azərbaycan dilini tədris edən pedaqoji kadrların çatışmazlığı da ciddi narahatlıq doğuran məqamlardandır. Kadr hazırlığı ilə bərabər, hazırkı kadrların peşəkar inkişafı yönündə zəruri addımların atılmasına ehtiyac var.

Təfəkkür insana dildən keçir və şəxsiyyətinin formalaşmasında rolu böyükdür. İnsan necə düşünürsə, elə danışır. Bu baxımdan Azərbaycan milli-mənəvi dəyərlərinin şagirdlər tərəfindən əxz olunması üçün adıçəkilən dərsləri öz dillərində öyrənmələri daha məqsədəuyğundur. Sözsüz ki, dünyaya çıxış üçün şagirdlərin rus, ingilis, fransız və dünyanın digər aparıcı dillərini öyrənməyi faydalıdır, amma ilk növbədə ana dilini mükəmməl öyrənməliyik...

O da reallıqdır ki, qloballaşan dünyada ana dilini qoruyub saxlamaq olduqca çətindir və Azərbaycan dilinin tədrisinin gücləndirilməsi ilə bağlı yuxarıda əksini tapan təkliflərin reallaşması da ana dilimizin qorunmasında əhəmiyyətli rol oynaya bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərdə baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO