Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan ədəbiyyatı Hindistanda – Eluca Atalının yaradıcılığı doktorluq üzrə tədqiqat işinin mövzusu olub

Azərbaycan ədəbiyyatı Hindistanda – Eluca Atalının yaradıcılığı doktorluq üzrə tədqiqat işinin mövzusu olub

Stokholm, 27 dekabr, Nərgiz Cəfərli, AZƏRTAC

İlin sonu Azərbaycan ədəbiyyatı və İsveçdə yaşayan, Vətəndən kənarda onun inkişafı və təbliği istiqamətində mühüm töhfələr verən soydaşlarımız üçün əlamətdar və sevindirici hadisələrlə yadda qalır. Yaxın günlərdə görkəmli Azərbaycan yazıçısı Əzizə Cəfərzadənin “Bakı 1501” romanı ingilis dilində nəşr olunub. Əsəri ingilis dilinə Höteborqda yaşayan soydaşımız, elmlər doktoru Səadət Kərimi tərcümə edib.

Bu mühüm mədəni hadisəni daha bir əlamətdar yenilik tamamlayıb. Stokholmda yaşayan Azərbaycan yazıçısı və şairi, 50-dən çox əsərin müəllifi Eluca Atalının “Xoş gördük, ayrılıq!” adlı kitabı Hindistanda benqal dilində nəşr edilib. Lakin bununla da onun uğurları məhdudlaşmır.

Kəlküttə Universitetində Eluca Atalının fəlsəfi-bədii miniatürləri əsasında doktorluq dissertasiyası yazılıb. “Müasir ədəbi tənqiddə özünü yenidən dərk etmə: Eluca Atalının poeziyasında azadlıq, zaman və müqavimət” mövzusuna həsr olunan bu elmi iş müasir Azərbaycan ədəbiyyatının beynəlxalq akademik və mədəni müstəvidə də tanındığının parlaq göstəricisidir.

Elmi işin müəllifi aparıcı tədqiqatçı Sankar Sarkar, elmi rəhbəri isə Cabalpur şəhərində yerləşən Manqalayatan Universitetinin professoru, elmlər doktoru Vinita Kaur Salucadır.

Tədqiqatçı Sankar Sarkar qeyd edir ki, Eluca Atalının “Özünü gətir”, “Böyükdüm…”, “Yad dildə azadlıq nəğməsi”, “Azadlığın həbsi əllərdən başlayır” və “Özümə həsrət…” şeirlərində yadlaşma, azadlıq, müqavimət, zaman və parçalanmış şəxsiyyət mövzuları ön plana çıxır.

Müəllif yazır ki, Eluca Atalının poeziyası təmkinli, minimalist dili, alleqorik ifadə tərzi və yüksək mənəvi dəyəri ilə seçilir ki, bu da onun yaradıcılığını Uilyam Bleyk, Uilyam Batler Yeyts, Tomas Sternz Eliot, Uistan Hyu Oden, Şeymus Hini, Mahmud Dərviş və Derek Uolkott kimi şairlərin əsərləri ilə müqayisə etməyə imkan verir. İngilis ədəbiyyatının əsas ənənələri ilə dialoqa girən E.Atalı real siyasi mübarizə ilə dərin bağlılığı olan xüsusi etik aydınlığı qoruyub saxlayır. İngilis modernistlərinin yadlaşma halını təsbit etdiyi məqamda o, azadlıq anlayışını formalaşdırır, postmodern poeziyanın mənanı sual altına aldığı nöqtədə isə ədalət, kimlik və azadlıq ideyalarında israr edir.

S.Sarkar vurğulayır ki, E.Atalının poeziyası ədəbiyyatı mənəvi təxəyyül və siyasi şahidlik məkanı kimi təsdiqləyir, poeziyanı təkcə incəsənət deyil, həm də həyat və müqavimət forması kimi dəyərləndirir. Bununla yanaşı, o, şairin poeziyada etik nəsihət funksiyası daşıyan didaktik lirizmi xüsusi qeyd edir. E.Atalının mətnlərindəki güclü müqavimət motivi Hindistan üçün Mahatma Qandi və Rabindranat Taqorun verdiyi mənəvi və mədəni töhfələrlə müqayisə olunur.

AZƏRTAC-ın müxbiri ilə qısa söhbətində Eluca Atalı əsərlərinin beynəlxalq tanınma qazanmasından və benqal dilinə tərcümə olunmasından danışıb.

– Eluca xanım, Hindistanda yaradıcılığınızdan necə xəbər tutublar?

– 2017-ci ildə ABŞ-da mənim “Yad dildə azadlıq nəğməsi” adlı fəlsəfi-bədii miniatürlər kitabım, 2018-ci ildə isə “Heykəllər niyə danışmır” adlı 10 novelladan ibarət kitabım nəşr olundu. Bu nəşrlər “Amazon” da daxil olmaqla, dünyanın 23 platformasında satışa çıxarıldı. Bundan sonra xarici oxuculardan rəy və mesajlar almağa başladım. Onlardan biri Kəlküttə Universitetindən gəlmişdi. Orada əsərlərimin orijinallığı, mövzu və janr xüsusiyyətləri yüksək qiymətləndirildi və kitablarımdan birinin benqal dilinə tərcümə olunması arzusu ifadə edildi. Tərcüməçi benqal şairi Şridhar Sarkar oldu. Əməkdaşlığımız müsbət nəticə verdi, kitab “Xoş gördük, ayrılıq!” adı ilə tərcümə edilərək nəşr olundu. Sonradan əsərlərim Hindistanın bir çox ədəbi jurnallarında dərc edildi və gördüyünüz kimi bu gün elmi tədqiqat obyektinə çevrildi.

İcazə verin, “Xoş gördük, ayrılıq!” kitabının tərcüməçisi, hindistanlı şair Şridhar Sarkarın yaradıcılığımla bağlı fikirlərini də bölüşüm. O, mənim əsərlərimlə tanış olmaqdan və şeir kitabımı tərcümə etməkdən böyük məmnunluq duyduğunu bildirib.

“Yazarın emosional dünyası və məntiqi yanaşması insan təbiətinin dərin qatlarına nüfuz edir. İnsanla təbiət, ağıl ilə şəxsiyyət, həyatla ölüm, yadlaşma ilə birlik arasındakı incə insani bağlar öz-özünə açılır. Onun poeziyasında istifadə etdiyi metaforik dil əsərlərinə yeni ölçü qazandırır. Yaradıcılığı maqnit kimi cəlbedici qüvvəyə malikdir və özündə daşıdığı potensiala görə hələ çox-çox irəli gedə bilər”, – deyə Şridhar Sarkar Eluca Atalının yaradıcılığını dəyərləndirir.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şahmat Olimpiadası: Azərbaycan yığmaları bu gün növbəti görüşlərini keçirəcəklər

Bakıda Formula 2 yarışı üzrə sərbəst yürüşə start verilib

® Hərəkətdə Titan gücü: “REDMI Note 17 Pro Max” 5G yarış trekində

Ukrayna ilə Rusiya enerji və dəniz atəşkəsini müzakirə edir

IV Bakı Təhlükəsizlik Forumu keçirilib

Azərbaycan nefti 3 dollardan çox bahalaşıb

Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunları üçün növbəti “İcma Günü” təşkil olunub

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Dünya birjalarında neft ucuzlaşıb

Yeni Suraxanı qəsəbəsinin bir hissəsində qaz təchizatı məhdudlaşdırılacaq

Azərbaycan və Mali arasında siyasi məsləhətləşmələrə dair Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Dominikan arasında viza tələbi qarşılıqlı olaraq aradan qaldırılır

Azərbaycan və İraq arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri nəzərdən keçirilib

Ceyhun Bayramov: TRIPP regional enerji əlaqəliliyinin şaxələndirilməsinə imkan yaradacaq

Azərbaycan və Baham Adaları arasında siyasi məsləhətləşmələrə dair Memorandum imzalanıb

Formula 1 onuncu dəfə Bakı küçələrində: Bu gün Azərbaycan Qran-Prisi start götürür

Xarici işlər naziri Ceyhun Bayramov kiprli həmkarı ilə görüşüb

Yasamal və Xəzərin bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

İranın diplomatiyaya açıq olduğunu elan etməsindən sonra neft qiymətləri azalıb

Zelenski: Bizim bu qışı Rusiya üçün ağrılı etməkdən başqa çarəmiz yoxdur

Avropa İttifaqı İrana çağırış edib

Ərdoğan: Bakı-Tbilisi-Ceyhandan tutmuş TANAP-a qədər Türkiyə fasiləsiz enerji axınının ən etibarlı dəhlizidir

Britaniya ordusu müdafiə məqsədilə digər ölkələrin peyk siqnallarını əngəlləyir

Çin Sədrinin ABŞ-yə dövlət səfəri başlayıb

Səməd Ağırbaş: COP31 iqlim öhdəliklərini real investisiya imkanlarına çevirməlidir

“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb

Anaklaudia Rossbax: İki milyard insanın mənzil ehtiyacları üçün dayanıqlı maliyyə sistemi qurulmalıdır

Qusarda leysan və sel sularından zərər çəkən 4 fərdi yaşayış evi yenidən tikilir

Dosent: “Koroğlu” motivinin Qaşqay mühitində yaşaması ümumtürk epik yaddaşının göstəricilərindəndir

SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib

Tatyana Molçan: Ukraynadakı müharibə Avropanın və dünyanın iqtisadi mənzərəsini yenidən formalaşdırır

Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb

Tedros Adhanom Qebreyesus: Ortaq zəifliklər bölünmə deyil, həmrəylik mənbəyinə çevrilməlidir

Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir

Lavrov və Rubio Cənubi Qafqazdakı vəziyyət, Rusiya-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıblar

Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib

Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub

Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub

Tacikistan millisinin baş məşqçisi: Azərbaycan yığması keyfiyyətli komandadır

"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib

Türkiyənin FATF-in “boz siyahı”sına daxil edilmək riskinin olmadığı açıqlanıb

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib

Yəməndə köçkünlərin sayı 230 minə çata bilər

ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır

Azərbaycan səfiri etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib

Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var

Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır

Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik

Almaniya hökuməti sosial ödənişlərdən sui-istifadəyə qarşı mübarizəni gücləndirir

Qazaxda açıq ərazidə yanğın olub

Məsud Pezeşkian: Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümünə həsr edilmiş rəsmi qəbul olub

Azərbaycanın və Fransanın xarici işlər nazirləri qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar

Azərbaycan və Belarus konsulluq əməkdaşlığı üzrə memorandum imzalayıb

Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub

Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur

Milli Məclisin sədri Birləşmiş Krallığın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksək Səviyyəli Görüşü keçirilir

Çinin iri şirkətləri ilə Azərbaycan arasında 50-yə yaxın birgə layihə həyata keçirilir

Almaniyanın Azərbaycandakı səfiri Milli Məclisdə olub

Azərbaycan və BQXK arasında əməkdaşlıq məsələləri diqqət mərkəzində olub

Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Fransa Martin Ryanın əfv edilməsini məmnunluqla qarşılayıb

Böyük Britaniyaya artan borclanma xərcləri və zəif iqtisadi artımla bağlı xəbərdarlıq edilib

Berlin Olimpiya Oyunlarına ev sahibliyinə namizədliyini geri götürür

Azərbaycan-Çin ticarət dövriyyəsi 2026-cı ilin ilk 7 ayında 2,6 milyard dollara çatıb

Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq

Baş nazirin müavini: Ötən il Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 42 faiz artıb

Təhminə Bədəlova: Nizami Gəncəvi orta əsrlərdə qadının cəmiyyətdəki rolunu yüksək qiymətləndirib

Diplomat: Qarşılıqlı vizasız rejim Azərbaycan-Çin humanitar əlaqələrini intensivləşdirir

Səfir: Çinlə Azərbaycan Günəş və külək enerjisi sahəsində əməkdaşlığı genişləndirir

Dilçilik İnstitutunda I Bakı Türkoloji Qurultayına həsr edilmiş yeni kitab təqdim olunub

Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır

Süni intellektdən təhsildə istifadənin müəyyən riskləri var – tədqiqat

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Diplomat: Çin ilə Azərbaycanın ticarət və investisiya həcminin rekord göstəricilərə çatacağı gözlənilir

Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Metallurgiya sənayesinin inkişafı ölkə iqtisadiyyatının digər istiqamətləri üçün də mühüm əhəmiyyət daşıyır - ŞƏRH

Tarixçi-alim: Gəncəsər katolikosluğunun ləğvi Cənubi Qafqazda erməniləşdirmə planının tərkib hissəsi idi

Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçiriləcək konfransa tezis qəbulu başlayıb

Mərkəzi Bank rəsmisi Almatıda sığorta sektorunda prudensial tənzimləmənin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasından danışıb

Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

Rəqəmsal folklor folklorşünaslığın metodoloji sərhədlərini genişləndirir

Qapalı yerdəki havanın keyfiyyətini yaxşılaşdırmaq üçün effektiv vasitənin sınağı aparılıb

Azərbaycanda mis konsentratı istehsalı 5,5 dəfə, ixracı isə 14 faizədək artıb – QRAFİK

Professor: Filizçay filizinin emalı üzrə tədqiqatlarımız “AzerGold”un işlərinə fayda verə bilər

Azərbaycan ilə Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr qurulur

SOCGOV 2026 - Sosial xidmətlərin gələcəyi Xankəndidə müzakirə olunacaq