Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan elminin yeni inkişaf mərhələsi

Azərbaycan elminin yeni inkişaf mərhələsi

Bakı, 15 aprel, AZƏRTAC

Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı Azərbaycan elminin yeni inkişaf mərhələsinin başlanğıcıdır.

AZƏRTAC xəbər verir ki, bu fikir Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun baş direktoru professor Səyyarə İbadullayevanın “Azərbaycan elminin yeni inkişaf mərhələsi” sərlövhəli məqaləsində yer alıb. Məqalədə qeyd edilib ki, 2022-ci ildə təbiət və dəqiq elm sahələrinə aid institutların Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi elmimizi yeni mərhələyə aparan ilk addım olub. Prezidentin son Sərəncamı isə elmimizin inkişafının yeni üfüqlərini aydın göstərir. Həmin Sərəncama əsasən ilin sonunadək bir sıra institutlar birləşdiriləcək. Bunun məntiqi əsasları var:

- Birləşən institutların elmi tədqiqat obyektləri və metodları təxminən eynidir;

- Bu institutlarda bir sıra şöbələrin ya eyni adla, ya da çox yaxın istiqamətlərdə fəaliyyət göstərməsi yüksək nəticə vermir;

- Eyni sahə və ya çox oxşar sahədə çalışan alimlərin bir mərkəzdən, eyni istiqamətə fokuslanan tədqiqatlar aparması və əməkdaşlıqlar daha çox fayda verə bilər.

Məqalədə bildirilib ki, yaradılacaq yeni və böyük institutlar sırasında Botanika İnstitutunun da olması Prezident İlham Əliyevin təbiətə, floraya və biomüxtəlifliyə qayğısının, sevgisinin və verdiyi böyük qiymətin göstəricisidir: “Eyni zamanda, Azərbaycan dövlətinin təbiətimizin biomüxtəlifliyini, bitki aləmini qorumağın, ekoloji tarazlığı sabit saxlamağın diqqət mərkəzində olmasının bariz nümunəsi, beynəlxalq aləmdə bu istiqamətdə götürdüyü öhdəliklərə sadiqliyinin nümunəsidir”.

Professor Səyyarə İbadullayeva məqalədə vurğulayıb ki, Botanika və Dendrologiya institutlarının əsasında Botanika İnstitutu publik hüquqi şəxsin yaradılması botanik-alimləri bir araya gətirəcək: “İnstitutda yaradılması nəzərdə tutulan Meşəçilik şöbəsində birgə fəaliyyətin daha səmərəli olacağından əminlik duyuruq. Qeyd etmək yerinə düşərdi ki, Botanika İnstitutunda Meşəçilik şöbəsinin yaradılması üçün 6 ay öncə Elm və Təhsil Nazirliyi qarşısında Elmi şura adından vəsatət qaldırılıb. Bu, həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzdində vaxtilə fəaliyyət göstərən “Meşəçilik İnstitutunun” ləğvi ilə əlaqədar idi. Çünki Azərbaycan meşə sahələrinin bioloji müxtəlifliyinin öyrənilməsi və mühafizəsi ayrıca tədqiqat tələb edir.

Dünyada, o cümlədən Qafqazda meşələr qeyri-proporsional yayılıb. Dünyada meşələrin ümumi sahəsi 4 milyard hektardır. Bunun təxminən yarısı 4 ölkənin payına düşür: Rusiyada 809 milyon hektar, Braziliyada 478 milyon hektar, Kanadada 310 milyon hektar, ABŞ-da 303 milyon hektar meşə ərazisi var. Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalıb.

Azərbaycanda meşələrin ümumi sahəsi 1021 min hektardır. Bu da Azərbaycan ərazisinin 11,8 faizini təşkil edir. Bu rəqəm Rusiya Federasiyasında 44, Latviyada 41, Gürcüstanda 39 faizdir. XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35 faizi meşə ilə örtülü olub. Azərbaycanda adambaşına hazırda 0,12 hektar meşə sahəsi düşür. Azərbaycan Respublikası “ən az meşə örtüyü olan ölkələr” qrupunda yer alır”.

Məqalədə diqqətə çatdırılıb ki, Azərbaycanın dendroflorası növ tərkibi etibarilə zəngindir. Respublikamızın yabanı florasında 4750 növ ali bitki yayılıb. Bunların da 435 növü ağac və kol bitkiləridir. Dendrofloranın 328 növü kol (75 faiz), 107 növü (25 faiz) ağacdır. Ağac və kollar 48 fəsilədə və 135 cinsdə birləşir. Azərbaycanda olan 144 adda endemik növün, 50-dən çoxu ağac və kollardır (ümumi ağac və kolların 16 faizi).

“Hazırda qlobal iqlim dəyişiklikləri və antropogen təsirlər nəticəsində Azərbaycanda meşələrin ümumi vəziyyəti ekoloji gərgin hesab edilir. Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalıb. UNESCO-nun qiymətləndirməsinə görə son dövrlər yararlı əkin sahələrinin hər il 6 milyon hektarı səhralaşma nəticəsində yararsız hala düşür. 10-12 milyon hektar meşə sahəsi məhv olur.

Respublikamızda ekoloji gərgin rayonlardan hesab edilən Böyük Qafqazın cənub yamaclarında meşələrin yuxarı sərhədi 200-500 metr aşağı enib, antropogen amillərin təsirindən torpaq eroziyası sürətlənib. Aparılan təhlillərə görə, 1975-ci ildə Azərbaycanda 24, 1984-cü ildə 28, 1989-cu ildə isə 45 növ nadir və nəsli kəsilməkdə olan ağac və kol bitkiləri müəyyən edilib”, - deyə məqalədə bildirilib.

Müəllif vurğulayıb ki, 261 min hektar meşə fondu 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən işğal altında olub. Şərqi Zəngəzur və Qarabağ zonaları Azərbaycan, həmçinin Qafqaz florasının növ müxtəlifliyi ilə zəngin bölgələrindəndir. Ümumi sahəsi 8 min hektardan çox olan palıd, ardıc, fıstıq, vələs, şam, göyrüş və qoz ağacı meşələrindən ibarət ekosistemin məhv edilməsi endemik biomüxtəlifliyə ən ağır zərbə olub. Bununla da Ermənistan qoşulmuş olduğu ekologiya və ətraf mühitlə bağlı beynəlxalq konvensiyaların, o cümlədən “Ətraf mühitin dəyişdirilməsi üsullarının hərbi və ya hər hansı başqa düşmənsayağı istifadəsinin qadağan edilməsi” haqqında BMT konvensiyasının müddəalarını pozub. Belə ki, floranın ən qiymətli ağacları ilə zəngin olan Qarabağ meşələri qırılıb və xaricə daşınıb. Təbiətin müvazinəti pozulub, torpağın eroziyası başlanıb. Otuz il erməni işğalında olmuş 43 min hektar sahəyə malik xüsusi mühafizə olunan təbiət ərazilərində - Bəsitçay və Qaragöl dövlət təbiət qoruqlarında, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarında “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil edilmiş 24 fauna və 69 flora növü qorunurdu ki, bunların da əksəriyyəti artıq məhv edilib.

Məqalədə qeyd edilib ki, Qarabağın dağlıq əraziləri 6 silsilədən ibarətdir, lakin 3 silsiləsi - Qarabağ, Zəngəzur və Dərələyəz silsilələri florası uzun illərdən bəri işğal altında olub: “Qarabağın meşə fondu 247352 hektar, o cümlədən 13197,5 hektar qiymətli meşə sahələri, 152 ədəd təbiət abidəsi, 5 ədəd geoloji obyekt öncədən var idi. Qiymətli ağac növlərindən ibarət 986 hektar dövlət meşə fondu, 560 hektar Tuqay meşələri (çaykənarı meşələr) və 710 hektar kolxoz meşələri işğal zamanı törədilən yanğınlar nəticəsində məhv edilib və bu günə yerində heç nə qalmayıb. Ağdam şəhərində yaşı 150-250 il arasında 6 ədəd, Şelli, Seyidli, Sarıhacılı, Əliağalı kəndlərində yaşı 200-250 il olan 8 ədəd, Boyəhmədli kənd ətrafında yaşı 400 ilə çatan 71 ədəd təbiət abidəsi kimi qorunan, pasportlaşmış çinar (Platanus orientalis) növü məhv edilib. Laçın, Kəlbəcər, Ağdərə rayonlarında 26000 hektar meşə ərazisində qiymətli fıstıq, cökə, vələs, palıd ağacları qırılaraq yandırılıb, meşələrimiz məhv edilib. Avropada yeganə təbii çinar (Platanus orientalis ) meşəsi Kiçik Qafqazın qərbində Zəngilan rayonundadır, lakin 27 il durmadan 117 hektar ərazidə olan çinarlar məhv edilib, ətrafında ağac emalı zavodu tikilib. Elə bitkilər var ki, onların areal diapazonu yalnız Qarabağla məhdudlaşır”.

Baş direktorun fikrincə, meşələrin əhəmiyyətini və müasir ekoloji gərgin vəziyyətini, ölkəmizdə meşə sahələrinin elmi əsaslarla fundamental tədqiq edən institut və ya şöbənin olmaması təəccüb doğurar. Bundan başqa, Azərbaycan meşələrinin keçən əsrin 80-ci illərinin sonlarından etibarən müasir elmi üsullarla, botaniki, taksonomik, dendroloji, meşəçilik və s. yanaşmalarla fundamental, sistemli tədqiq olunmaması, meşəçilik sahəsində uzun illərlə formalaşmış elmi məktəblərin, elmi irsin sıradan çıxmaq təhlükəsi qarşısında qalması, Botanika İnstitutunda Meşəçilik şöbəsinin fəaliyyətə başlamasını zəruri edir: “Nəzərə alaq ki, institutda əvvəllər belə şöbə olub və akademik İbrahim Səfərov kimi görkəmli alimlərimiz Azərbaycan meşələrinin müxtəlif aspektlərdən öyrənilməsində müstəsna rol oynayıblar. Yaradılması nəzərdə tutulan Meşəçilik şöbəsinin fəaliyyətinin əsas məqsədi aşağıdakılardan ibarətdir:

- Qlobal iqlim dəyişmələrinin və antropogen amillərin meşə ekosistemlərinə təsirini öyrənmək;

- Texnogen çirklənmə şəraitində davamlı növlərin adaptasiya qanunauyğunluqlarını təhlil etmək;

- İşğaldan azad olunmuş ərazilərdəki meşələrin müasir vəziyyətini tədqiq edərək bərpa fəaliyyətinə başlamaq;

- Azərbaycanın meşə örtüyündə yayılan yabanı meyvələrin məhsuldarlığının tədqiqi və istifadəsini öyrənmək;

- Azərbaycan dendroflorasının endemik, relikt və nadir fərdlərinin sayı azalmaqda olan növlərin müasir vəziyyətini analiz etmək, statusunu müəyyənləşdirmək, mühafizə tədbirlərini hazırlamaq;

- Son zamanlar müşahidə edilən dağətəyi meşə qurşaqlarında aridləşmə, orta qurşaqlarda qiymətli cinslərin seyrəkləşməsi, az qiymətli cinslərlə əvəz edilməsi, yuxarı qurşaqlarda sərhədin aşağı enməsi, bu səbəbdən digər bitki formasiyalarında, biogenosenozlarda baş verən suksessiya dəyişmələrinin səbəblərini, biotik və abiotik antropogen amillərin rolunu təhlil etmək, çıxış yollarını araşdırmaq.

Botanika İnstitutunda yaradılması nəzərdə tutulan Meşəçilik şöbəsində fəaliyyət göstərəcək təcrübəli alimlərimiz vardır. Şöbə və laboratoriyaların fəaliyyət istiqamətləri yenidən dəyərləndiriləcək, qarşıya qoyulan əsas məqsədə çatmaq üçün təkliflər hazırlanaraq Elm və Təhsil Nazirliyinə təqdim ediləcək.

Ümidvarıq ki, Prezidentin “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının icrası nəticəsində Azərbaycan elmi, o cümlədən botanika elmi yeni inkişaf mərhələsinə qədəm qoyacaq”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY