Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda yarımfinala yüksəlib
Bakı, 22 fevral, AZƏRTAC
Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Bakıda keçirilən Dünya Kubokunda yarımfinala vəsiqə qazanıb.
AZƏRTAC xəbər verir ki, idmançı buna Milli Gimnastika Arenasında təşkil olunan ilk yarış günündə 55.000 xal toplayaraq nail olub. O, bu göstərici ilə 21 qadın gimnast arasında 5-ci yeri tutub.
Bu növdə ən çox xal toplayan ilk 8 idmançı yarımfinala yüksəlib. Azərbaycan yığmasının digər üzvü Şəfiqə Hümbətova (46.890) isə 18-ci olub.
Bu gün, həmçinin tamblinq üzrə kişi və qadınlar arasında təsnifat mərhələsinin yarışları keçiriləcək.
Dünya Kubokuna fevralın 23-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:34]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]
Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək
- 30.09.2026 [17:00]
Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq
- 30.09.2026 [15:54]