AZƏRBAYCAN GİMNASTİKA FEDERASİYASI YENİ AKROBATİKA XALÇASI ALMIŞDIR
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, yeni xalçadan ilk dəfə may ayında tramplin-tamblinq üzrə respublika çempionatında istifadə olunacaqdır. Yığma komandanın baş məşqçisi Arif Qafarovun sözlərinə görə, yeni xalça idmançıların müxtəlif yarışlara daha yaxşı hazırlaşmasına kömək edəcəkdir. Məşqçi demişdir ki, Novruz bayramı günlərinə nəzərdə tutulmuş tramplin-tamblinq üzrə beynəlxalq yoxlama yoldaşlıq görüşləri payıza keçirilmişdir. Bakıda bəzi MDB ölkələri idmançılarının iştirakı ilə beynəlxalq turniri isə noyabrda keçirmək nəzərdə tutulur.
Xatırladaq ki, tramplin-tamblinq batutda və akrobatika xalçası üstündə təmrinlərin yerinə yetirilməsidir. Əvvəllər tamblinq idman akrobatikasına aid edilirdi, lakin indi ayrıca idman növüdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [13:07]
Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub
- 28.09.2026 [13:00]
Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək
- 28.09.2026 [12:39]
Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb
- 28.09.2026 [12:26]
Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var
- 28.09.2026 [12:18]
“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir
- 28.09.2026 [11:58]
Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək
- 28.09.2026 [11:00]