Azərbaycan gimnastları “Prize of Julieta Shishmanova” onlayn turnirində 11 medal qazanıblar
Bakı, 24 may, AZƏRTAC
Bədii gimnastika üzrə yığma komandamızın üzvləri Bolqarıstan Gimnastika Federasiyasının təşkil etdiyi onlayn turnirdə iştirak ediblər.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, üçüncü dəfə təşkil olunan “Prize of Julieta Shishmanova” turnirində ölkəmizi yığmamızın üzvləri Arzu Cəlilova, Nərminə Səmədova, Alina Məmmədova və Kamilla Seyidzadə təmsil ediblər.
Qızlarımız bu yarışda 11 medal qazanıblar. Belə ki, böyüklər arasında çıxış edən A.Cəlilova top, halqa və gürzlərlə çıxışına görə ikinci, çoxnövçülük nəticəsinə əsasən, üçüncü yerdə qərarlaşıb. Onun komanda yoldaşı N.Səmədova lentlə üçüncü olub, halqa ilə çıxışına görə isə dördüncü yerdə qərarlaşıb.
Gənclər yaş qrupunda iştirak edən K.Seyidzadə tam bir medal dəstinə sahib olub. Belə ki, gimnastımız topla çıxışına görə birinci, lentlə ikinci və çoxnövçülükdə üçüncü nəticə göstərib. Onunla eyni yaş qrupunda yarışan A.Məmmədova isə çoxnövçülük, halqa və gürzlərlə yarışlarda ikinci olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:58]
Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub
- 12.10.2026 [15:28]
Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 3 medal qazanıblar
- 12.10.2026 [15:09]
Azərbaycanlı alpinist Vəfa Musayeva haqqında film mükafata layiq görülüb
- 12.10.2026 [15:03]
Azərbaycanın voleybol millisi Türkiyə toplanışını başa vurub
- 12.10.2026 [14:43]
Arda Turana Türkiyə millisinin baş məşqçisi vəzifəsi təklif edilib
- 12.10.2026 [14:27]