Azərbaycan gömrük xidməti Ümumdünya Gömrük Təşkilatının Maliyyə Komitəsinə üzv seçilib
Bakı, 25 iyun, AZƏRTAC
Ümumdünya Gömrük Təşkilatı Gömrük Əməkdaşlıq Şurasının 141/142-ci sessiyası başa çatıb.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirilib ki, Brüsseldə ÜGT-nin Baş qərargahında keçirilən tədbirdə DGK-nin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Sessiyanın son iş günündə büdcə və maliyyə məsələlərinin müzakirəsi aparılıb, ÜGT-nin Baş katibi, ÜGT Gömrük Əməkdaşlıq Şurasının sədri və digər vəzifələrə, eləcə də ÜGT-nin müvafiq qurumları üzrə seçkilər keçirilib.
Ümumdünya Gömrük Təşkilatının Gömrük Əməkdaşlıq Şurasının sədri vəzifəsinə Cənubi Afrika Respublikasının, ÜGT Baş katibi vəzifəsinə isə Amerika Birləşmiş Ştatlarının nümayəndələri seçiliblər.
Azərbaycan 2023-2024-cü illər üçün ÜGT-nin Maliyyə Komitəsinə üzv seçilib.
Norveç Krallığı isə ÜGT-nin Avropa regionu üzrə sədr müavini olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:57]
Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb
- 29.09.2026 [17:48]
ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 29.09.2026 [17:35]
® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri
- 29.09.2026 [17:20]