Azərbaycan güləşçiləri Türkiyədə daha 6 medal qazanıblar
Bakı, 14 aprel, AZƏRTAC
Türkiyənin Antalya şəhərində güləş üzrə "Zəfər Kuboku" davam edir.
AZƏRTAC xəbər verir ki, U-17 yaş qrupu üzrə keçirilən ənənəvi turnirin ikinci günündə Azərbaycanın 6 güləşçisi fəxri kürsüyə yüksəlib.
Sərbəst güləşdə Hüseyn Rzazadə (48 kiloqram) gümüş, Abbas Şəfiyev (55 kiloqram) və Elgün Kərimli (92 kiloqram) bürünc medal qazanıb.
Yunan-Roma güləşində isə Ömər Salmanovla (48 kiloqram) Qurban Məcnunov (55 kiloqram) bütün görüşlərini qələbə ilə başa vuraraq, qızıl medalın sahibi olublar. Yusif Mirzəyev (48 kiloqram) isə 2-ci yeri tutub.
Qeyd edək ki, Azərbaycan güləşçiləri yarışın ilk günündə 4 medal qazanmışdılar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]
“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər
- 30.09.2026 [10:14]
Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür
- 30.09.2026 [09:55]
® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır
- 30.09.2026 [09:34]