Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN GÜLƏŞÇİLƏRİNİN PEKİN OLİMPİADASINDA YÜKSƏK NƏTİCƏLƏR ƏLDƏ ETMƏK ÜÇÜN BÖYÜK ŞANSLARI VARDIR

Bunu AZƏRTAC-a müsahibəsində Güləş Federasiyasının

prezidenti Fazil Məmmədov demişdir

Azərbaycan güləşçiləri Pekin Yay Olimpiadasına ciddi hazırlaşırlar. Olimpiadaya hazırlıq çərçivəsində keçirilən beynəlxalq yarışlarda Azərbaycan güləşçiləri ölkəmizin idman şərəfini layiqincə qoruyaraq lisenziyaların əldə edilməsi üzrə qarşıya qoyulmuş vəzifəni yerinə yetirmişlər. Pekin Olimpiadası ərəfəsində sonuncu beynəlxalq turnir iyunun 27-29-da Bakıda keçiriləcəkdir. Azərbaycan güləşçilərinin Pekin Olimpiadasına və beynəlxalq turnirə hazırlığı ilə əlaqədar AZƏRTAC-ın müxbirinin suallarını Güləş Federasiyasının prezidenti Fazil Məmmədov cavablandırmışdır.

-Əvvəlcə, istərdik ki, sərbəst, yunan-Roma və qadın güləşi üzrə komandalarımızın olimpiadaqabağı çıxışlarına münasibət bildirəsiniz. İdmançılarımız ümidləri doğrultdumu?

-Hesab edirəm ki, bu suala birmənalı cavab vermək olar. Çünki Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında inkişafına təkan verilmiş bədən tərbiyəsi və idman sahəsindəki ənənələr bu gün də layiqincə davam etdirilir. İdmançılarımız son illər ərzində bir çox beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etmişlər və edirlər. Bütün bunlar dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana yüksək diqqət və qayğısının nəticəsində mümkün olmuşdur.

Bu baxımdan, güləşçilərimiz də son dünya və Avropa çempionatlarında, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışlarda uğurla çıxış etmişlər. Azərbaycan pəhləvanları sərbəst, yunan-Roma və qadın güləşi növlərində 16 vəsiqə əldə etmişlər. Bu, ölkəmizin güləş idmanı tarixində rekord göstəricidir. İndiyədək Olimpiya oyunlarına Azərbaycan ən yaxşı halda 9 güləşçi ilə qatılmışdır. Lisenziyaların əldə edilməsi üzrə qarşıya qoyulmuş vəzifələr demək olar ki, yerinə yetirilmişdir. Ölkəmiz idmanın sərbəst güləş növündə bütün çəki dərəcələrində, yunan-Roma güləşində isə 6 çəki dərəcəsində təmsil olunacaqdır. Eyni zamanda, Pekin Olimpiadasında ilk dəfə qadın güləşçilərimiz də mübarizə aparacaqlar. Qadın güləşində 3 idmançımız Pekinə yollanmaq hüququ qazanmışdır. Faktiki olaraq yalnız iki çəkidə, yəni yunan-Roma növündə 96, qadınların mübarizəsində isə 72 kq çəkidə idmançılarımız Olimpiadada iştirak etməyəcəklər.

Beləliklə, sualınızın cavabına qısaca yekun vursaq, nəticələrdən razıyıq. İndi əsas diqqəti məşqlərə yönəltmişik ki, əldə edilən uğurları Olimpiya medalları ilə təsdiqləmək mümkün olsun.

-Pekin Olimpiadası ərəfəsində sonuncu beynəlxalq turnir iyunun 27-dən 29-dək Bakıda keçiriləcəkdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” turnirinin final mərhələsi ilə bağlı məlumat verməyinizi xahiş edirik.

-Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsində idmançılar hər çəki kateqoriyası üzrə ilin ən yaxşı güləşçisi adı uğrunda mübarizə aparacaqlar. Buna qədər 3 ölkədə - Macarıstanın Szombathely şəhərində yunan-Roma güləşi üzrə, Rusiyanın Krasnoyarsk şəhərində sərbəst güləş və qadın güləşi üzrə, Türkiyədə isə iki dəfə - İstanbulda yunan-Roma güləşi üzrə, Ankarada isə sərbəst güləş və qadın güləşi üzrə turnirlər keçirilmişdir.

Düzdür, bu yarış lisenziya xarakterli deyildir. Lakin Olimpiadaya vəsiqə almış güləşçilər üçün rəqiblərini tanımaq və təcrübələrini artırmaq baxımından olduqca əhəmiyyətlidir. Odur ki, yarışa maraq böyükdür. Final mərhələsində iştirak edən ölkələrin və iştirakçıların sayını FİLA müəyyən edir. Təşkilatçı isə Azərbaycan Güləş Federasiyasıdır.

Final yarışlarına əvvəlki “Qran Pri” turnirlərində ilk “8-liyə” düşən idmançılar, Avropa, Asiya və Afrika qitə birinciliklərinin qalibləri dəvət ediliblər. Hazırda turnirdə iştirak edəcək ölkələrin və idmançıların siyahısı FİLA-nın birbaşa iştirakı ilə dəqiqləşdirilir. Lakin ilkin olaraq deyə bilərəm ki, burada təxminən 39 ölkədən 300-dən çox idmançı dəvətlidir.

-Bəs, turnirə hazırlıq necə gedir?

-Turnirin yüksək səviyyədə keçirilməsi üçün Təşkilat Komitəsi yaradılmışdır. Bizim artıq dünya səviyyəli yarışları təşkil etmək təcrübəmiz var və güman edirəm ki, FİLA da məhz əvvəlki yarışların təşkili təcrübəsindən çıxış edərək bu mötəbər yarışın Bakıda keçirilməsinə, ulu öndərimiz Heydər Əliyevin xatirəsinə həsr olunmasına razılıq vermişdir.

Yarışlar Bakı İdman Oyunları Sarayında keçiriləcəkdir. Sarayda müvafiq təhcizat və hazırlıq işləri gedir. Yarış iştirakçılarının hotel və nəqliyyat vasitələri ilə təmin olunması, eləcə də ictimaiyyətin yarışa marağının artırılması məqsədi ilə paytaxt ərazisində reklam lövhələrinin yerləşdirilməsi üçün bütün tədbirlər görülür. Hesab edirəm ki, yarışın təşkili baxımından heç bir problem olmayacaq və iştirakçılar Bakı turnirindən məmnun qalacaqlar.

-“Qızıl Qran Pri” turnirində idmançılarımızın qarşısına hansı məqsəd qoyulub?

-Qeyd etdiyim kimi, yarış əsasən rəqiblərin tanınması baxımından əhəmiyyətlidir. Olimpiadaqabağı bu çox vacibdir. Turnirdə iştirak edəcək bir çox idmançılar Olimpiadaya lisenziya əldə etmiş pəhləvanlardır. Onların taktikasını öyrənmək bizim üçün faydalı olardı. Ümumiyyətlə, Azərbaycan güləşçiləri heç bir yarışa və ya turnirə məqsədsiz qatılmırlar. Təbii ki, final yarışlarının qalibi olmaq bizim arzumuzdur.

-Bu turnirin növbəti illərdə də keçirilməsi nəzərdə tutulubmu?

-Bilirisiniz ki, artıq ikinci dəfədir ki, “Qızıl Qran Pri” turnirinin final mərhələsi Bakıda keçirilir. Əlbəttə, FİLA etimad edərsə, bu yarışları biz gələcəkdə də Bakıda təşkil etməyə hazırıq. Ümumiyyətlə, dünyamiqyaslı turnirlərin paytaxtımızda təşkil olunması Federasiyanın siyasətinin tərkib hissəsidir. Bu bizim idman sahəsindəki nüfuzumuzun və təcrübəmizin artmasına əlavə imkanlar yaradır.

-Sonda istərdik, yenidən Pekin olimpiadası ilə bağı mövzuya qayıdaq. Güləşçilərimizdən Olimpiadada nə gözləyirsiniz?

-Təbii ki, pəhləvanlarımız qarşısında maksimum nəticə əldə edilməsi vəzifəsi qoyulacaqdır. Açığını deyim ki, idmançıların hazırlıq səviyyəsi, son lisenziya xarakterli turnirlərdə göstərdikləri nəticələr bizə Olimpiadada əldə oluna biləcək nəticələr barədə böyük ümidlər verir. Amma təbii ki, Olimpiadada iştirak edən hər bir idmançı seçilmiş pəhləvandır və burada asan rəqib yoxdur. Çətin olacaq, lakin mən güləşçilərmizə inanıram. Ad çəkmək istəməzdim, istər sərbəst, istər yunan-Roma güləşində, istərsə də ilk dəfə qatıldığımız qadın güləşi növündə yüksək nəticələr əldə etmək üçün bütün şanslarımız vardır. İdmançılara yüksək nəticə əldə etmək üçün hər bir şərait yaradılıb - təcrübəli məşqçi korpusu, hazırlıq üçün müasir məşq zalları və s. Qalır yalnız nəticə qazanmaq!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib