Azərbaycan, Gürcüstan və Türkiyə daha bir sahədə əməkdaşlıq edəcəklər
Tbilisi, 4 iyun, AZƏRTAC
Azərbaycan, Gürcüstan və Türkiyə daha bir sahədə - fındıqçılıq sahəsində birgə əməkdaşlıq edəcəklər.
AZƏRTAC xəbər verir ki, bu barədə razılıq Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bəkir Pakdəmirlə Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitasvili arasında keçirilən görüşdə əldə olunub.
Tbilisidə baş tutan görüşdə tərəflər iki ölkə arasında kənd və meşə təsərrüfatı sahələrində əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə ediblər.
Görüşdə, həmçinin Gürcüstan, Türkiyə və Azərbaycan arasında fındıqçılıq sahəsində üçtərəfli əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Bildirilib ki, bu əməkdaşlıq ixrac bazarlarının genişlənməsinə və fındıq satışından əldə olunan gəlirlərin artmasına müsbət təsir göstərəcək.
Heyvandarlıq sahəsində də əməkdaşlığın perspektivləri diqqət mərkəzində olub.
Nazirlər Gürcüstandan Türkiyəyə heyvan mənşəli məhsulların ixracının artırılmasını nəzərdə tutan Anlaşma Memorandumu imzalayıblar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [18:15]
Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub
- 13.10.2026 [18:14]
Mərkəzi Bank: Əhalinin borc yükü artıb
- 13.10.2026 [17:56]
İqtisadi Şuranın növbəti iclası olub
- 13.10.2026 [17:48]
Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib
- 13.10.2026 [17:18]
Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb
- 13.10.2026 [17:16]
® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb
- 13.10.2026 [17:16]