Azərbaycan Hərbi Hava Qüvvələrinin nümayəndələri “Anadolu Qartalı - 2023” təlimində iştirak edəcək
Bakı, 26 aprel, AZƏRTAC
Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki heyəti, həmçinin aviasiya vasitələri “Anadolu Qartalı - 2023” beynəlxalq təlimində iştirak etmək üçün Türkiyənin Konya şəhərinə yola düşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mayın 2-də başlayacaq təlimə Azərbaycan HHQ-nin bir qrup şəxsi heyəti və Su-25 hücum təyyarələri cəlb olunacaq.
Azərbaycan, Türkiyə, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri və İngiltərə nümayəndələrinin iştirakı ilə keçiriləcək beynəlxalq təlim mayın 23-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [22:28]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 27.09.2026 [20:04]
Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub
- 27.09.2026 [09:00]
27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün
- 25.09.2026 [20:02]
Üç ölkənin hərbi qulluqçuları taktiki fəaliyyətləri yerinə yetiriblər
- 25.09.2026 [17:30]