AZƏRBAYCAN İDMANÇILARI LİSENZİYA XARAKTERLİ TURNİRDƏ İŞTİRAK ETMƏK ÜÇÜN İSVEÇRƏYƏ YOLA DÜŞMÜŞLƏR
AZƏRTAC xəbər verir ki, Azərbaycanın sərbəst güləş üzrə yığma komandası İsveçrəyə yola düşmüşdür. Aprelin 18-də start götürəcək Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat turnirində ölkəmiz 5 güləşçi ilə təmsil olunacaqdır.
Baş məşqçi Maqomedxan Aratsilovun rəhbərlik etdiyi komandaya Namiq Sevdimov (55 kq), Zəlimxan Hüseynov (60 kq), Novruz Temrezov (84 kq), Xetaq Qazyumov (96 kq) və Əli İsayev (120 kq) cəlb edilmişlər.
Üç gün davam edəcək turnirdə 40-dək ölkənin idmançıları mübarizə aparacaqlar.
Qeyd edək ki, hər bir çəki dərəcəsində mükafatçılar sırasına düşən dörd güləşçi Olimpiya Oyunlarına vəsiqə əldə edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]
Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək
- 09.10.2026 [10:32]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulur
- 09.10.2026 [10:25]