Azərbaycan idmançıları parkur üzrə dünya kuboku yarışlarında iştirak ediblər
Bakı, 4 iyun, AZƏRTAC
Fransanın Monpelye şəhərində parkur üzrə dünya kuboku yarışları keçirilib.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, turnirdə 21 ölkədən 40-a yaxın iştirakçı “Speed Run” və “Freestyle” proqramında yarışıblar.
Ölkəmiz də ilk dəfə olaraq, idmanın bu növü üzrə kubok yarışında iştirak edib. Təmsilçilərimiz Elvin Qocayev və Əli Mərdanov hər iki proqramda qüvvələrini sınayıblar. “Speed Run” proqramında E.Qocayev 23-cü, Ə.Mərdanov isə 25-ci yerdə qərarlaşıblar. “Freestyle”da isə idmançılarımız müvafiq olaraq, 20-21-ci olublar.
Xatırladaq ki, ötən ilin dekabrında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Bakıda keçirilmiş Ali konqresində alınmış qərara əsasən, parkur idman növü rəsmi olaraq ali qurumun fəaliyyətinə daxil edilib. Daha sonra paytaxtımızda bu idman növü üzrə 13 ölkənin iştirakı ilə təqdimat xarakterli kurslar keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb
- 15.10.2026 [10:45]
Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib
- 15.10.2026 [10:24]
Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib
- 15.10.2026 [10:20]
Türkiyə klubları avrokuboklarda növbəti oyunlarına çıxacaq
- 15.10.2026 [10:18]
Azərbaycan avarçəkənləri beynəlxalq yarışda 4 medal qazanıblar
- 15.10.2026 [10:06]