Azərbaycan idmançısı Zabit Səmədov polşalı rəqibindən revanş alıb
Bakı, 27 dekabr, AZƏRTAC
Çeçenistanda "Qroznaya bitva 13" adlı döyüş gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, gecənin əsas görüşündə azərbaycanlı K-1 idmançısı Zabit Səmədov Avstraliyada yaşayan Polşa əsilli Pol Slavinskiylə üz-üzə gəlib.
Üç raundluq görüş zamanı rəqibini üç dəfə nokdauna salan Z.Səmədov sonda hakimlərin yekdil qərarı ilə inamlı qələbə qazanıb. Bununla da Zabit Səmədov 2007-ci ildə Amsterdamda məğlub olduğu rəqibdən revanş almağı bacarıb.
Qeyd edək ki, qələbə münasibətilə Z.Səmədovu ilk olaraq Çeçenistan prezidenti Ramzan Kadırov təbrik edib və ona son model "Mercedes" avtomobili bağışlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]