Azərbaycan İlahiyyat İnstitutu: “Din sosiologiyası” kitabı çapdan çıxıb
Bakı, 3 sentyabr, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) müəllimi, sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qənbərovun “Din sosiologiyası” kitabı çapdan çıxıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitab Aİİ-nin Elmi şurasının qərarı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə nəşr edilib.
Asəf Qənbərov “Ön söz”də bildirib ki, din sosiologiyası ilə bağlı Azərbaycan dilində tədqiqatların azlığı və müstəqil əsərlərin isə ümumiyyətlə mövcud olmaması bu əsərin yazılmasının əsas səbəblərindəndir. Bu nəşr həm din sosiologiyası ilə bağlı ümumi təsəvvür yaradacaq, bu sahəyə tədqiqatçıların marağını artıracaq, həm də dinşünaslıq sahəsində elmi ədəbiyyatın zənginləşdirilməsinə töhfə verəcək.
Kitab elmi tədqiqatçılar, sosioloqlar, dinşünaslar, ali məktəb müəllimləri, tələbələr, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulur.
Xatırladaq ki, Azərbaycan İlahiyyat İnstitutu kitab və dərsliklərin nəşri ilə bağlı bir sıra layihələr həyata keçirir. “İlahiyyat nəşrləri” adı altında layihəyə institutun müəllimlərinin və bu sahədə çalışan mütəxəssislərin kitablarının müxtəlif dillərdən tərcümə olunan əsərlərinin nəşri daxildir. Bununla yanaşı, institutun qarşısına qoyduğu məqsədlərdən biri də ilahiyyat sahəsində problemləri araşdırmaq, beynəlxalq standartlara cavab verən tədqiqatlar aparmaq və onları nəşr etdirməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.05.2026 [13:17]
Qax rayonunda turizm obyektlərinin ətraf mühitə təsiri araşdırılıb
- 19.05.2026 [13:06]
Botanika İnstitutu doktoranturaya qəbul elan edir
- 19.05.2026 [12:58]
Ədəbiyyat Muzeyində utopiya və distopiya mövzusunda elmi seminar
- 19.05.2026 [12:53]