Azərbaycan ilə Argentina arasında turizm sahəsində əlaqələrin inkişafı məsələləri müzakirə edilib
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə son illərdə iki ölkə arasında turizm sahəsində əlaqələrin inkişafı, nazir E.Meyerin 2012-ci ildə Azərbaycana səfəri, hər iki ölkənin turizm nazirlərinin beynəlxalq tədbirlər çərçivəsində təmasları, 2013-cü ildə Argentinanın Turizmin Təşviqi üzrə Milli İnstitutunun Azərbaycan Beynəlxalq Turizm və Səyahət Sərgisində iştirakı məsələləri diqqət mərkəzində olub.
Səfir M.Əhmədzadə Azərbaycanda turizm sənayesinin və infrastrukturunun inkişafı istiqamətində dövlət siyasəti, ölkəmizə xarici turistlərin cəlb edilməsi uçun görülən işlər, bu xüsusda Azərbaycanda keçirilən beynəlxalq səviyyəli tədbirlər haqda məlumat verib.
Görüşdə, həmçinin Azərbaycan və Argentina arasında turizm sahəsində əlaqələrin daha da inkişafı üçün müvafiq hüquqi-normativ bazanın razılaşdırılması, institusional səviyyədə təmasların davam etdirilməsi və qarşılıqlı turist axınının artırılmasına xidmət göstərən tədbirlərin təşkili mövzuları üzrə fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [23:26]
Dünya çempionatı 2026-nın ilk qolu vurulub YENİLƏNİB
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [16:24]
Azərbaycandan Ermənistana 17 vaqon dizel yanacağı yola salınıb VİDEO
- 11.06.2026 [15:48]
İTV: Dünya çempionatının bütün oyunları Azərbaycanda canlı yayımlanacaq
- 11.06.2026 [14:29]
“Aqrar sahə haqqında” yeni Qanunun hazırlanması nəzərdə tutulur
- 11.06.2026 [14:07]