Azərbaycan ilə Cənubi Afrika Respublikası arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur
Bakı, 4 noyabr (AZƏRTAC). Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Cənubi Afrika Respublikası parlamentinin incəsənət və mədəniyyət komissiyasının sədri xanım Tandili Sunduza noyabrın 4-də Milli Məclisdə Azərbaycan-CAR parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşmüşdür.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Cənubi Afrika Respublikası arasında əlaqələrin genişləndirilməsi və ölkələrimiz üçün maraq doğuran bütün sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur. Bildirilmişdir ki, əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün hər iki ölkənin geniş potensialı vardır.
Dostluq qrupunun rəhbəri Əhməd Vəliyev son illər Azərbaycanda əldə edilmiş nailiyyətlər, eləcə də Dağlıq Qarabağ münaqişəsi barədə qonağa məlumat vermişdir.
Tandili Sunduza III Bakı Beynəlxalq Humanitar Forumunda iştirakından məmnunluğunu ifadə etmişdir. O, qarşılıqlı səfərlərin, görüşlərin keçirilməsinin ölkələrimiz arasında münasibətlərin inkişafına mühüm töhfələr verəcəyinə əminliyini bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]