Azərbaycan ilə Meksika arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Bakı, 11 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Meksika Birləşmiş Ştatları Senatının xarici əlaqələr komitəsinin sədri Qabriella Kuevas Barron ilə görüşüb.
Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan və Meksika arasında münasibətlərin müxtəlif istiqamətləri və əməkdaşlığın perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Həmçinin parlament diplomatiyasının ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfə vurğulanıb və nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin artırılmasının vacibliyi qeyd olunub.
E. Məmmədyarov regionda hərtərəfli inkişafa və inteqrasiya proseslərinə başlıca əngəl olan Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat verərək, problemin həlli üçün ilk olaraq işğalçı Ermənistan qoşunlarının Azərbaycanın zəbt edilmiş ərazilərindən çıxarılmalı olduğunu diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]
Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib
- 30.09.2026 [09:32]
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [21:35]
Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub
- 29.09.2026 [20:52]