Azərbaycan jurnalistlərinə hücum – hiddətləndirici və cinayət əməlidir
Moskva, 29 iyun, AZƏRTAC
Azərbaycan jurnalistlərinə hücum hiddətləndirici və cinayət əməlidir, ümid edirəm ki, onu törədənlər cəzalarını alacaqlar.
AZƏRTAC xəbər verir ki, bu barədə "Vestnik Qafqaza" informasiya-analitik agentliyinin baş direktorunun müavini Andrey Petrov bildirib.
Rusiyalı jurnalist qeyd edib ki, Fransada azərbaycanlı jurnalistlərə hücum hadisəsi təkcə orada olmağın nə qədər təhlükəli olduğunu deyil, həm də Fransa hakimiyyətinin öz dövlətində baş verən hadisələrə nə dərəcədə nəzarət etmədiyini göstərir. Bu ölkənin hakimiyyəti öz qanunlarına riayət edilməsini təmin edə bilmir.
“Biz cəmiyyət üçün zəruri olan işlə - söz azadlığını təmin etməklə məşğul oluruq. Jurnalistlərə hücum edən insanlar söz azadlığına qarşı cinayət törədirlər. Fransadakı etirazçılar hakimiyyətin məcburi cəza tədbirlərinə qarşı çıxırlar. Münaqişə hadisələri zamanı jurnalistlər heç kimin tərəfini tutmurlar, bu hadisələri işıqlandırırlar. Bir jurnalist olaraq peşəmizin nümayəndələrinə qarşı hər hansı bir zorakılığı qınayıram", - deyə A. Petrov vurğulayıb.
Moskva